Qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfə
Digər xəbərlər

Qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfə

"Azərbaycan-Litva münasibətləri hər iki ölkə üçün mühüm strateji əhəmiyyətə malikdir. Bakı Vilnüs həm ikitərəfli, həm müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq edir, bir-birilərinin ərazi bütövlüklərinə, suverenliklərinə dəstəklərini ifadə edirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya səfəri çərçivəsində imzalanan sənədlərin, həmçinin Litva-Azərbaycan biznes forumunun açılışının qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfə verəcək".

Bunu əməkdaşımızla söhbətində Milli Məclisin deputatı Azər Kərimli bildirib. Qeyd olunub ki, Litva Azərbaycanla Avropa İttifaqının münasibətlərinin inkişafına böyük önəm verir əməkdaşlığın genişləndirilməsi üçün səy göstərir. Azərbaycan Avropa İttifaqının həm Tvinninq, həm Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Litvanın ən yaxın tərəfdaşlarından biridir. Ölkəmizin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən layihələrin sayına görə Litvanın əsas tərəfdaşı olması qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisi kimi dəyərləndirilə bilərLitva Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsindəki əməkdaşlığını hər zaman yüksək qiymətləndirib bu əməkdaşlığın daha da genişlənməsini təşviq edib.

Dünyada baş verən geosiyasi dəyişikliklərin fonunda hər iki ölkənin əsas strateji hədəfləri müstəqil inkişaflarını təmin etmək, beynəlxalq münasibətlər sisteminin daha ədalətli məzmun alması istiqamətində fəaliyyəti təşviq etməkdir.

Deputat qeyd etdi ki, Azərbaycan Litva enerji nəqliyyat dəhlizlərinn diversifikasiyası, daha təhlükəsiz etibarlı alternativlərin yaradılması, bərpaolunan enerji sektorunun inkişafı ilə bağlı ortaq baxış bucağına malikdirlər. Hər iki ölkənin yerləşdiyi coğrafi mövqe Cənubi Qafqaz Baltikyanı bölgəsində, bütövlükdə isə Avrasiyada iqtisadi əlaqələrin intensivləşdirilməsi üçün əlverişli zəmin yaradır. Litva Orta dəhliz Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinə böyük önəm verir hər iki dəhliz arasında sinerjinin yaradılması üçün səy göstərir. Rəsmi Vilnüsün hədəflərindən biri Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizini Baltik dənizinə qədər inkişaf etdirməkdən, Xəzər, Qara dəniz Baltik dənizləri arasında dəmir yolu infrastrukturunu inkişaf etdirməklə yeni marşrutun yaradılmasını təmin etməkdən ibarətdir. Məhz bu aspektdən, Azərbaycan Litvanın nəqliyyat dəhlizlərinin şaxələndirilməsi ilə bağlı strategiyalarının bir-birinə yaxın olduğunu söyləmək mümkündür rəsmi Vilnüsün nəqliyyat dəhlizləri ilə bağlı öz təcrübəsini Bakı ilə bölüşməyə hazır olduğunu bəyan etməsi, ölkələrimizin bu istiqamətdə əməkdaşlığının inkişafı üçün geniş perspektivlərin olduğunu söyləməyə əsas verir.

M.NƏRİMANOĞLU,

"Respublika".