Son illər böyük tarixi hadisələrin şahidi oluruq, qürur hissi ilə deyirik ki, bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir, ölkəmizin iqtisadi qüdrətinin artması, müstəqil siyasət yeritməsi, işğaldan azad edilən torpaqlarda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, sözün əsl mənasında, hər birimizdə iftixar yaradır.
Şanlı Qələbə, inkişaf, tərəqqi, sosial rifah, köklü islahatlar, gələcək hədəflərə inamlı addımlar Azərbaycan dövlətinin qüdrətini, gücünü, uğurlu siyasətini, qəti mövqeyini göstərir. Uzun illər boyu məcburi köçkün həyatı yaşayan insanların kədərli gözlərində indi sevinc bərq vurur, doğma yurd yerlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Qələbə bu insanlara inam, ümid, xoşbəxt gələcək, işğaldan azad edilən yurd yerlərində qurub-yaratmaq həvəsi gətirib.
Qalib ölkənin ictimai-siyasi həyatı yeni, həm də çox vacib bir mərhələyə qədəm qoyub. 30 ildir doğma yurdlarına həsrət qalan vətəndaşlarımız Böyük Qayıdışı səbirsizliklə gözləyirdilər. Artıq "Böyük Qayıdış"a dair I Dövlət Proqramının icrası uğurla və sürətlə yerinə yetirilir. Ağalı və Talış kəndinin sakinləri öz evlərinə qayıdıblar. Qeyd edək ki, təxminən 10 min kvadratkilometrdən artıq ərazini əhatə edən "Böyük Qayıdış" Proqramı erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, yurd yerlərinə əhalinin geri qayıdışının təmin edilməsi, insanların rifah səviyyəsinin yüksəldilməsi və son nəticədə bölgənin dayanıqlı inkişafına nail olunmasını əhatə edir. Məlumdur ki, işğaldan azad edilən ərazilərimiz həm dağıntılara məruz qalıb, həm də həmin yerlərdə saysız-hesabsız minalar basdırılıb. Hazırda düşmənin torpaqlarımıza basdırdığı minalar və digər döyüş sursatları fədakarlıqla zərərsizləşdirilir. Qeyd edək ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutulub ki, 2026-cı ilədək azad edilən ərazilərdə, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzil və fərdi yaşayış evi inşa ediləcək. Dörd il ərzində yeni və müasir evlərə keçmiş məcburi köçkünlər qaytarılacaq. Bundan başqa, Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası da nəzərdə tutulur.
Artıq Qarabağ və Şərqi Zəngəzurda inşa edilən təhsil ocaqlarında ilk dərs gününə səsləyən zənglər çalınır. Hazırda Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəbin tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Tikinti işlərinə cari ilin sentyabr-oktyabr aylarında başlanılacaq. Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin investor tərəfindən tikinti işləri sürətlə aparılır. Bundan başqa, Şuşa Real Məktəbinin bərpası ilə bağlı layihə-smeta sənədləri hazırlanır, eyni zamanda tarixi binanın qorunması üçün dayaq və bərkitmə işlərinə başlanılıb.
Kəlbəcər şəhərində də 960 şagird yerlik tam orta məktəbin tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanır və tikinti işlərinə cari ilin sentyabr-oktyabr aylarında başlanılacaq. Füzuli şəhərində layihələndirilməsi və tikintisi nəzərdə tutulan Füzuli Peşə Liseyinin binası yeni və müasir dizayna malik olacaq. Laçın şəhər 2 nömrəli tam orta məktəb binasında bərpa-gücləndirmə və əsaslı təmir işləri davam etdirilir. Yaxın günlərdə istifadəyə hazır olacaq. Düşmənin xarabalığa çevirdiyi Ağdamda 960 şagird yerlik 1 nömrəli tam orta məktəb binasının tikintisi davam etdirilir və cari ilin sentyabr ayının 15-də istifadəyə veriləcək. Şuşa şəhər 1 nömrəli 960 yerlik tam orta məktəbinin tikintisinə 2021-ci ilin may ayının 12-