Digər xəbərlər

"Qanunun aliliyi" ilə "hüququn aliliyi" arasında ziddiyyət problemi

Mülahizələr, təkliflər

Ölkənin gələcək inkişafı ilə bağlı hüquq sahəsində mühüm məsələlərin gündəmə gətirilməsi bu gün aktualdır. Həmin məsələlər sırasında Konstitusiyanın müəyyən müddəaları da yer alır. Bunu nəzərə alaraq "Qanunun aliliyi" ilə "hüququn aliliyi" arasında ziddiyyət problemi" adlı yazını oxuculara  təqdim edirik.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyası, habelə ona əlavə dəyişikliklər ümumxalq referendumlarında (12 noyabr 1995-ci il, 24 avqust 2002-ci il, 18 mart 2009-cu il 26 sentyabr 2016- il tarixli) qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 2-ci 3- maddələrinin müddəalarına əsasən, referendum xalqın suveren hüququnun həyata keçirilməsi yollarından biridir dövlət əhəmiyyətli ən mühüm məsələlərdə xalqın iradəsini əks etdirir. Bu mənada, referendum birbaşa demokratiyanın təzahürüdür.

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində dövlətin demokratik mahiyyətinin göstəricisi öz əksini tapırsa, Preambulasında demokratik sistemin təminatı təsbit edilir. İnsan hüquqlarına Konstitusiyanın III fəslində (24-71-ci maddələr) toxunulur. Lakin "hüququn aliliyi" hüququn prinsipi kimi Konstitusiyada lazımi səviyyədə təsbit olunmayıb. Konstitusiyanın Preambulasında kifayət qədər mübahisəli görünən fərqli bir ifadə - "qanunların aliliyi" yer alıb. Xüsusən , Konstitusiyanın Preambulasında "xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq" niyyəti rəsmi şəkildə bəyan edilir. 1991-ci il oktyabrın 18- qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının 11-ci maddəsində bir qədər fərqli tərtibatda "qanunun aliliyi" ifadəsi öz əksini tapmışdır: "Azərbaycan xalqı öz iradəsinin ifadəsi kimi Azərbaycan Respublikasının demokratik quruluşuna qanunun aliliyinə təminat verir".

Hüququn aliliyi Azərbaycan Respublikasının da qoşulduğu "İnsan hüquqlarının əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının (1950) Preambulasında öz əksini tapmışdır. Preambulada vurğulanır ki, dövlətlərin hökumətləri "ümumi istəkdən irəli gəlir ümumi siyasi ənənələrin, idealların, azadlıqların hüququn aliliyi irsinə malikdirlər".

"Hüququn aliliyi" anlayışı milli beynəlxalq hüquq doktrinasında, eləcə siyasi fəlsəfədə mürəkkəb mübahisəli məsələlərdən biridir. Bundan əlavə, məsələni mürəkkəbləşdirən əsas amil həmin anlayışa dar ya geniş mənada baxılmasıdır. Hər bir cəmiyyətdə hamıya eyni dərəcədə şamil olunan hüquq olmalı "heç kim hüquqdan üstün olmamalıdır". Eyni zamanda, bütün mübahisəli məsələlər hökumətin diskresion hərəkətləri ilə deyil, hüquq əsasında qanunla müəyyən olunmuş qaydada həll edilməlidir. Hüququn aliliyi həm qanunların özlərinə qarşı tələblərin nisbətən geniş spektrini, onların müəyyənliyini, əlçatanlığını, açıqlığını, formasının universallığını təcrübədə tətbiqini əhatə edir. Hüququn aliliyi prinsipi insan hüquqları demokratiya ilə sıx bağlıdır, onların fəaliyyətini təmin edir.

"Hüququn aliliyi"nin mahiyyətini tam başa düşmək üçün BMT Baş Katibinin "Münaqişə Postmünaqişə cəmiyyətlərdə hüququn aliliyi keçid dövrünün ədalət mühakiməsi" adlı hesabatında verilmiş anlayışa müraciət etmək yerinə düşər. Xüsusilə bu hesabatın 6- bəndində "hüququn aliliyi" aşağıdakı kimi müəyyən edilir: "Bu, dövlətin özü daxil olmaqla, bütün dövlət özəl şəxslərin, qurumların, strukturların publik qaydada qəbul edilmiş, məhkəmə sistemi tərəfindən bərabər müstəqil şəkildə həyata keçirilən beynəlxalq insan hüquqları norma standartlarına uyğun olan fəaliyyət kimi dəyərləndirilir. Bu məqsədlə, hüququn üstünlüyü, qanun qarşısında bərabərlik, cavabdehlik, qanunların qərəzsiz tətbiqi, hakimiyyət bölgüsü, qərarların qəbulunda iştirak, hüquqi müəyyənlik, özbaşınalığın qarşısının alınması prosessual hüquqi şəffaflıq prinsiplərini təmin edəcək zəruri tədbirlərə ehtiyac duyulur".

Doktrina qeyri-hökumət təşkilatlarının nümayəndələri iddia edirlər ki, aşağıdakı dörd xüsusiyyət mütləq "hüququn