Mərkəzi Seçki Komissiyasının 26 yanvar tarixli növbəti iclası keçirilir.
"Respublika" xəbər verir ki, Komissiya ilk olaraq 15 yanvar, 18 yanvar və 20 yanvar 2024-cü il tarixli iclas protokolları təsdiq edib. Daha sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növvbədənkənar Prezident seçkilərində "Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası", "Rəy" Monitorinq Mərkəzi və "Sosial Tətdiqatlar Mərkəzi" MMC-nin "exit poll" keçirmək üçün qeydə alınmaları barədə müraciətə baxılıb və təmin edilib.
Həmçinin, MSK 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış Fuad Ağasi oğlu Əliyevin vəkil edilmiş şəxsləri qeydə alınıb.