Prezident Kitabxanasında Ulu öndərə aid tammətnli elektron resursların, sənədlər toplusunun təqdimatı olub
Digər xəbərlər

Prezident Kitabxanasında Ulu öndərə aid tammətnli elektron resursların, sənədlər toplusunun təqdimatı olub

Mayın 8- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş geniş foto kitab sərgilərinin, tammətnli elektron resursların, sənədlər toplusunun təqdimatı təşkil edilib.

Əvvəlcə kitabxananın direktoru Mayıl Əhmədov çıxış edərək, tədbir haqqında ümumi məlumat verib Ulu Öndərin keçdiyi həyat yolundan, Azərbaycan dövlətinin qurulması inkişafı uğrunda gördüyü işlərdən danışıb: "Müasir tariximizin bir qərinəlik dövrü dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması Heydər Əliyevin qətiyyətli siyasəti sayəsində mümkün olmuşdur. Ölkəmizin bugünkü ictimai-siyasi, iqtisadi mədəni həyatının bütün sahələrindəki nailiyyətlərin əsası onun dövlətimizin başçısı olduğu dövrdə qoyulub. Müstəqil Azərbaycan Ulu Öndərin indiki gələcək nəsillərə əmanəti, onun zəngin çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası öyrənmək, onu təbliğ etmək qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli borcudur. Hazırda istər ölkə daxilində, istərsə xarici ölkələrdə Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər beynəlxalq konfranslar keçirilir. Heydər Əliyevin ömür yolu, dövlətçilik missiyası zəngin irsi yenidən öyrənilir, təhlil təbliğ edilir. Ümummilli Liderin tövsiyəsi ilə təşkil edilən Prezident Kitabxanası yarandığı vaxtdan etibarən onun həyat fəaliyyətinin bütün sahələrinə aid materialların, zəngin irsinin toplanılması, sistemləşdirilməsi onların elektron variantının hazırlanması istiqamətində sistemli aparır. Kitabxananın əməkdaşlarının hazırladıqları "Heydər Əliyev. Elektron sənədlər toplusu" Ulu Öndərin anadan olmasının 100 illiyi ərəfəsində həm məzmun, həm dizayn baxımından tamamilə yenilənib. Geniş oxucu kütləsinin tədqiqatçıların istifadəsi üçün nəzərdə tutulan həmin informasiya resursu, sənədlərin materialların rəqəmsal formatda toplanılması təqdim edilməsi baxımından ölkədə yaradılan ən mükəmməl informasiya sistemidir".

Onun sözlərinə görə, "Heydər Əliyev. Elektron sənədlər toplusu" 8 fəsil 42 bölmədən ibarətdir. "Ümummilli Lider" fəslinin "Bioqrafiya" bölməsində Heydər Əliyevin həyat fəaliyyətinin mühüm məqamları öz əksini tapır. "Xronologiya" bölməsində 1923-1969, 1969-1982, 1982-1987, 1990-1993 1993-2003- illərdə Heydər Əliyevin gündəlik həyatının mühüm mərhələləri 412 səhifədə xronoloji ardıcıllıqla işıqlandırılır. Elektron resursun "Sənədlər" fəsli "Nitqlər", "Çıxışlar", "Söhbətlər", "Müsahibələr", "Bəyanatlar", "Təbriklər" bölmələri üzrə qruplaşdırılıb. Bu fəsildə yerləşdirilən materialların ümumi həcmi 7 min səhifədən artıqdır. "Xarici siyasət fəaliyyəti" fəslinin "Xronologiya" bölməsində Heydər Əliyevin Prezident olduğu illərdə 36 dövlətə 132 səfərinin materiallarının təhlili göstərir ki, bu səfərlərin 32-si dövlət rəsmi səfər xarakteri daşımışdır. Ümummilli Lider Türkiyəyə 24, Rusiyaya 22, ABŞ-a 9 dəfə səfər edib. 5 dəfə BMT-, 20 dəfə MDB-, 5 dəfə Türk Dövlətləri Təşkilatında keçirilən tədbirlərdə iştirak edib. NATO, AŞPA, ATƏT, GÜAM, İKT kimi regional təşkilatların tribunalarından dəfələrlə Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması məqsədilə Ermənistan prezidentləri ilə 21 görüş keçirib. Bu fəslin "Rəsmi sənədlərin biblioqrafiyası" bölməsində Heydər Əliyevin imzaladığı 5863 qanun, fərman sərəncamın biblioqrafik təsvirləri illər üzrə toplanılıb təqdim edilir. Təhlillər göstərir ki, Heydər Əliyev müəllifi olduğu "Neft strategiyası" reallaşdırmaq üçün müxtəlif səviyyələrdə 46 görüş keçirib, bu mövzuda 85 dəfə nitqlər söyləyib çıxışlar edib, 4 bəyanat 8 dəfə müxtəlif KİV-lərə müsahibə verib.

Diqqətə çatdırılıb ki, "Elektron kitabxana" fəslində 1997-2013- illərdə çap edilən Ümummilli Liderin çıxışlarının, nitqlərinin, bəyanatlarının, məktublarının, müsahibələrinin, söhbətlərinin, müraciətlərinin mətnləri daxil edilmiş