Dövlət qulluğu sahəsində aparılan islahatlar bəhrəsini verir
Digər xəbərlər

Dövlət qulluğu sahəsində aparılan islahatlar bəhrəsini verir

Dövlət xidmətinin demokratik, hüquqi dünyəvi dövlətin yaradılmasındakı rolu BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006- il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

Azərbaycan müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları hər zaman uğurla davam etdirir. Bu islahatları keçirməkdə əsas məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan vətəndaş hüquq azadlıqlarının yüksək dövlət təminatına nail olunması, ümumilikdə ölkəmizin beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.

Müasir Azərbaycanın hər sahəsində olduğu kimi, dövlət idarəetmə sisteminin qurulmasında da ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. 1991-ci ildə qazandığımız müstəqilliyin təhlükə altına düşməsində dövlət idarəçiliyində çalışanların bacaraqsızlığı əsas amillərdən biri olub. Lakin 1993- ildə xalqın təkidli tələbilə yenidən rəhbər vəzifəyə qayıdan Heydər Əliyev Prezident olduğu 10 ildə dövlət idarəçiliyində ciddi islahat işləri aparmışdır. Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21- "Dövlət qulluğu haqqında" Qanunun qəbul edilməsidir. İmzalanan qanunla respublikamızda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının təməli qoyuldu. Bununla da dövlət qulluğu sahəsində kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq vəzifələri müəyyənləşdirildi.

Dövlət qulluğu ölkəmizdə qədim zamanlara malik olan anlayışdır. Xalqımız müxtəlif dövrlərdə yaratdığı dövlətlərdə özünəməxsus dövlət idarəçilik forması qurmuş bu sferada kadrlar yetişdirmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bacarıqlı, təhsilli dövlət qulluğunda çalışmağa əsas verən digər şəxsi keyfiyyətli kadrlar idarəçilik sisteminə cəlb olundu. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğradılması ilə bu proses yarımçıq qaldı.

70 il Sovet imperiyasının tərkibində olan Azərbaycanda yerli kadrların yetişdirilməsi əsasən 1969-1982-ci illəri əhatə edir. Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi həmin dövrlərdə 900-dən artıq gənc Sovet İttifaqının qabaqcıl ali məktəblərinə göndərilirdi. Sonradan həmin gənclər müstəqil olduğumuz dövrlərdə dövlət idarə etməsində mühüm işlər görmüşdürUlu öndər hələ SSRİ dönəmində milli kadrları yetişdirməklə sanki həmin illərdə ölkəmizi müstəqilliyə hazırlayırdı. 1969-1982-ci illərdə ölkəyə lazım olan mütəxəssis kadrları yetişdirmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni-yeni ixtisaslar üzrə fakültələr açılmışdı.

2003- ildə Azərbaycan xalqının iradəsilə Prezident seçilən İlham Əliyev dövlət qulluğu sahəsində islahatları davam etdirmişdir. Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli fərmanı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır. Bu Komissiya birbaşa Prezidentə tabe olmaqla ona hesabat verən qurumdur. Bir il sonra fəaliyyətə başlayan komissiyanın əsas məqsədləri dövlət qulluğu sahəsində qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə şəffaflıq əsasında seçilməsi, dövlət qulluqçularının əlavə peşə təhsilinin əsaslarının müəyyən edilməsi, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlər barədə qanunvericilikdə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir

2018-ci il 23 noyabr tarixli Sərəncam ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək olduqca vacibdirSənəd dövlət qulluqçularının hüquqlarının qorunmasında məsuliyyətinin artırılmasında mühüm rol oynayacaqdırBu nümunədə tərəflər haqqında məlumat, əmək müqaviləsinin müddətləri, dövlət qulluqçusunun əmək funksiyaları, qulluq şəraitinə, dövlət məvacibinə, əməyin mühafizəsinə, istirahət vaxtına, məzuniyyətə, bədən tərbiyəsi idmana dair şərtlər, birinin digərinə vurduğu <