2020-ci ili Azərbaycanın xarici siyasətinin dönüş nöqtəsi hesab etmək olar. 10 noyabr Bəyanatının imzalanması ilə postmüharibə dövrünün başlanması, Azərbaycan və Ermənistan diplomatik korpusunun qarşısında yeni öhdəliklər ortaya qoydu. Hər iki ölkə rəhbərliyi bu günə qədər beynəlxalq müstəvidə bir çox platformalarda görüşlər keçirib, müəyyən razılaşmalar əldə etsə də, hər zamankı kimi qarşı tərəf imza atdıqları sənədlərdə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyib.
Ötən illər ərzində postmüharibə dövrünü tənzimləmək, sülh prosesinə təkan vermək məqsədilə şimal qonşumuzun vasitəçiliyi ilə Moskva və Soçi, Avropa İttifaqının təşəbbüsü ilə isə Brüssel və Praqa danışıqları baş tutub. 11 yanvar 2021-ci ildə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti V.Putin və Ermənistanın baş naziri N.Paşinyan arasında üçtərəfli görüş keçirilib. Ölkə liderlərinin keçirdiyi görüşdə üçtərəfli Bəyanatın reallaşdırılmasının gedişində, mövcud problemlərin aradan qaldırılması və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımlar müzakirə predmeti olub. Bu görüşdə regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin açılması məsələsi xüsusilə diqqət mərkəzinə gəlib. Nəzərdə tutulurdu ki, bu məsələlərlə Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli xüsusi işçi qrupu məşğul olsun. Danışıqlar nəticəsində, regionda möhkəm sülhün, təhlükəsizliyin və davamlı sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə Azərbaycan, Rusiya və Ermənistan liderləri növbəti dəfə üçtərəfli Bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.Putinin Azərbaycan və Ermənistan respublikalarının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli işçi qrupunun yaradılması barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, işçi qrupunun prioritet istiqaməti 10 noyabr Bəyanatının 9-cu bəndinin həyata keçirməsi istiqamətində dəmir yolu və avtomobil yollarını müəyyən edəcəkdi.
Postmünaqişə dövründə digər bir görüşü yenidən Rusiyanın vasitəçiliyi ilə 2021-ci il noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında olmuşdur. Üçtərəfli formatda 2020-ci il 10 noyabr tarixli Bəyanatın, həmçinin 2021-ci il 11 yanvar tarixli Moskva Bəyanatının yerinə yetirilməsi müzakirə edilərək Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Rusiya Federasiyasının məsləhət yardımı ilə ikitərəfli komissiya yaradılması barədə razılaşma əldə olunub. Bununla yanaşı, Rusiya, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcəyini bildirmişdi.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasındakı platformalardan biri də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən Brüssel prosesidir. 2022-ci ilin aprel ayında liderlərin görüşündə sülh müqaviləsinin hazırlanması üzrə xarici işlər nazirliyinə tapşırıq verilməsi və sərhədlərin delimitasiyası-demarkasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılaşma əldə olunmuşdu. Ermənistan Brüssel sülh dialoquna Qarabağdakı ermənilərin "statusu", "öz müqəddəratını təyin etməsi" kimi qondarma əlavələr etməklə yanaşı, "ölmüş" Minsk qrupunun yenidən "dirilməsini" gündəliyə daxil etmək istəsə də bu təkliflər rədd edilmişdi. Ermənistan bu prosesdə kağız üzərində Azərbaycanın 5 bənddən ibarət baza prinsiplərini qəbul etsə də, praktikada bu günə qədər buna əməl etmir. Brüssel sülh gündəliyinin təsdiqi olaraq 2022-ci ilin 6 oktyabr tarixində Praqada Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşü çərçivəsində Praqada Azərbaycanın maraqlarına cavab verən sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı növbəti müzakirə aparıldı. Praqa görüşündə Brüssel sülh gündəliyinə sadiqlik ana xətt hesab olunur və bunu, Azərbaycanın növbəti diplomatik