Peter Siyarto: Bizim Azərbaycanla dostluğumuz heç bir şəkildə iqtisadi fəaliyyətdən asılı deyil
Siyasət

Peter Siyarto: Bizim Azərbaycanla dostluğumuz heç bir şəkildə iqtisadi fəaliyyətdən asılı deyil

Baxmayaraq ki, Azərbaycandan Macarıstana təbii qaz axını bu il başlayıb, bizim Azərbaycanla dostluğumuz heç bir şəkildə iqtisadi fəaliyyətdən asılı deyil.

“Respublika” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto özünün feysbuk sosial şəbəkəsindəki səhifəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşün yekunlarına dair yazarkən bildirib.

“2010-cu ildə Azərbaycanla necə əlaqələr qurmağa başladığımız yadımdadır. Biz o zaman necə tənqidlərlə üzləşməli olduq. Bu gün isə Qərb liderləri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıya can atırlar”, - deyə P.Siyarto yazıb.

Macarıstanlı nazirin sözlərinə görə, 2010-cu ildən Azərbaycan və Macarıstan dost münasibətlərini saxlayır.