Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə olunur
Gündəm

Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə olunur

Paytaxtın küçə və prospektlərində olan sıxlıqlarla əlaqədar marşrut xətlərinin intervalında gecikmələr yaranıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Respublika"ya bildirilib ki, gecikmələr aşağıdakı istiqamətlər üzrə müşahidə edilir.

1. “Bakı-Sumqayıt şosesi” - “Bakı Beynəlxalq Avtovağzal Kompleksi” – “Moskva prospekti” – “20 Yanvar dairəsi” istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 16-20 dəqiqə gecikmə müşahidə olunur.

2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə var.

3. Binəqədi şosesi – şəhər istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə müşahidə edilir.

4. Zabrat şosesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə gecikmə müşahidə olunur.

5. Heydər Əliyev prospekti - şəhər istiqamətində (Bağırov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə qeydə alınır.

6. Babək prospekti – şəhər istiqamətində keçən 30, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-12 dəqiqə gecikmə müşahidə olunur.

7. Badamdar şosesi, Abbasqulu Abbaszadə küçəsi, İzzət Nəbiyev küçəsi istiqamətində sıxlıq var. Bu səbəbdən 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-11 dəqiqə gecikmə qeydə alınır.