Ermənilər öz liderlərini xain adlandırırlar
Mayın 14-də yenidən dünyanın gözü Brüsselə dikildi. Hamı bir qədər əvvəl ABŞ-da Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində hər iki ölkənin rəsmiləri arasında keçirilən görüşün davamı olan, uzun fasilədən sonra fəaliyyətə başlayan Brüssel formatının növbəti danışıqlarının nəticələrini gözləyirdi. Azərbaycan və Ermənistan liderləri arasında 4 saat çəkən danışıqlardan sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin verdiyi bəyanatda bəzi mətləblərə aydınlıq gətirildi. Belə ki, bəyanatda deyildiyi kimi, bir sıra məsələlərdə tərəflər razılığa gəldilər... Liderlər 1991-ci ilin Alma-Ata Bəyannaməsinə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Beləliklə, son görüşdə Azərbaycanın mövqeyi daha da güclənmiş oldu.
Onu da qeyd edək ki, Brüsseldə növbəti görüşün iyul ayında keçirilməsi qərarlaşdırılıb, lakin onun baş tutub-tutmayacağı bəlli deyil. Bəli, Ermənistan bundan əvvəlki görüşlərdə də Azərbaycanın şərtlərini qəbul etmiş, üzərinə öhdəliklər götürmüşdü, amma o öhdəlikləri yerinə yetirmədi. İyun ayınadək Nikol Paşinyanın mövqeyində hansı dəyişikliklər baş verəcəyini də söyləmək çətindir. Çünki onsuz da "xəyanət"də günahlandırılan Paşinyan bu dəfə də həmvətənlərinin qəzəbinə tuş gəlib.
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsində Ermənistanın biabırçı şəkildə məğlubiyyətində ermənilər Nikol Paşinyanı günahlandırırlar. Hələ müharibə bitər-bitməz Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Nikolu qorxaq və xain adlandırmış, ona: "alnınızda xain damğası olan qorxaq bir lidersiniz" - demiş, "Kim Qarabağ problemi ilə bağlı danışıqlar prosesi haqqında bir şey söyləsə də, sən susmalısan, Nikol Paşinyan!" - deyə əlavə etmişdi. S.Sarkisyan Paşinyanı vətənə xəyanətdə, Qarabağı təhvil verməkdə suçlamışdı.
Keçmiş prezident baş nazirin qorxaqlara xas manipulyasiya hiylələri ilə həyasızcasına yalan danışdığını, biabırçı məğlubiyyətini ört-basdır etməyə çalışdığını vurğulayaraq deyib ki, Ermənistanın bütün keçmiş hakimiyyətləri torpaqları qazanan iqtidar olaraq tarixə düşəcək, hazırkı hökumət isə müharibədə ləyaqətsiz şəkildə məğlub olan hakimiyyət kimi yadda qalacaq.
İkinci Qarabağ müharibəsindən sonra erməni müxalifəti müharibədəki məğlubiyyətin səbəbini Paşinyanın ayağına yazmaqla bilərəkdən cəmiyyətdə sosial və siyasi gərginliyin yüksəlməsinə, baş nazirin istefaya getməsinə nail olmaq istəyir. Paşinyanı devirib Azərbaycanla sülh danışıqları ətrafında mövqelərdən çəkilmək niyyətində olan müxalifət istisna deyil ki, həm də onun hərəkətlərini koordinasiya edən məlum geosiyasi qütbün sifarişlərini yerinə yetirir. Müxalifət gözəl bilir ki, Paşinyanı indi devirə bilməsə, onun hakimiyyətə gəlmə ehtimalı azalacaq. Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi məsələsi həll olunduqdan, bölgədə nəqliyyat-kommunikasiya dəhlizləri ilə bağlı məsələ ətrafında razılıq əldə edildikdən sonra perspektivdə sülh müqaviləsinin imzalanması problem olmayacaq. Bu isə Ermənistanın iqtisadi blokadadan çıxması, bölgə ilə bağlı geoiqtisadi layihələrə qoşulma imkanlarının artması və s. kimi üstünlüklər əldə etməsinə vəsilə olacaq ki, bu uğurları da erməni cəmiyyəti Paşinyan və onun komandasının fəaliyyəti ilə bağlayacaq. Elə Paşinyana qarşı yönəlmiş təzyiqlərin yüksələn xətlə artmasının səbəbi də budur.
Əslində, Paşinyan da ona edilən təzyiqlərə, ittihamlara qarşı səssiz qalmır. Məsələn, o, Robert Köçəryanı xəyanətdə ittiham edərək deyib: "Köçəryan deyir ki, ölkənin baş naziri Türkiyənin agentidir. Mən də deyirəm: türk agenti olsaydım, Təhlükəsizlik Şurasının iclasını çağırıb deyərdim ki, Meğrini təhvil verək. Bu gün Qarabağ ətrafında danışıqlar prosesi haqqında danışırlar, 1999-cu ildə Təhlükəsizlik Şurasının iclasından sonra və 27 oktyabrda İstanbulda Avropada Təhlükəsizlik Xartiyasını imzalayanlar Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyinə razılaşıblar".
Elə bu sitatdan aydın görünür ki, kimlərinsə ünvanına ittihamlar səsləndirməkdə də Paşinyan pərgardır. Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışına replikasında