Ötən gün yol qəzalarında 7 nəfər ölüb
Digər xəbərlər

Ötən gün yol qəzalarında 7 nəfər ölüb

Daxili İşlər Nazirliyi (DİN) mayın 30-da respublikanın avtomobil yollarında baş verən yol qəzaları ilə bağlı statistik məlumat yayıb.

DİN-in mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.

“Respublika”.