Azərbaycanın dünyadakı nüfuzunun günü-gündən artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüsləri beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı, erməni lobbisini, ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.
Politoloqların da qənaətinə görə, sanki dünyanın cazibə qüvvəsinə çevrilən Cənubi Qafqazın geosiyasi əhəmiyyətinin birbaşa Azərbaycanla bağlı olması barədə söylənilən həqiqətin izahına ehtiyac yoxdur. Bütün istiqamətlərdə söz və güc sahibi olduğunu İkinci Qarabağ müharibəsində Ermənistan üzərindəki Zəfəri, Avropa ölkələri üçün enerji dəhlizi rolunu oynaması ilə təsdiqləyən Azərbaycanla əməkdaşlığa artan maraq da təsadüfi deyil.
Ermənipərəst dairələr hələ də həqiqətləri görmək və ya onları qəbul etmək istəmir. Görünən odur ki, Ermənistan və havadarları işğal illərində olduğu kimi, müharibədən sonra da ölkəmizə qarşı yalan və iftiralarla dolu dezinformasiya təbliğatından əl çəkməyiblər. Siyasi icmalçıların təbirincə, müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diasporunu ermənilərin millət olaraq qurduqları dövlətdən daha güclü bir siyasi təsisat kimi qəbul etsək, yanılmarıq. Erməni diasporu və onun siyasi maraqlarını ifadə edən lobbi qrupları son yüz ildə ermənilərin düşmən hesab etdikləri xalqlara, dövlətlərə qarşı əsas "silahlarından" birinə çevrilib. Dünya ermənilərinin və Ermənistanın xəyali maraqlarını qorumaq ideyası əsasında formalaşan bu lobbi qruplarının əsas mərkəzlərindən biri də Fransada yerləşir. Dünyada üçüncü, Avropada birinci ən böyük erməni diasporunun yaşadığı Fransada erməni lobbiçiliyinin həm ictimai rəyə, həm də Parisin xarici siyasətinə ciddi təsir imkanları var.
Məhz ona görə də, Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi saysız-hesabsız cinayətlərlə bağlı indiyədək heç bir qüvvə hansısa nəticə kəsb edən addım atmayıb. Nə demokratiya və insan hüquqlarından danışan qərb dövlətləri, nə də aidiyyəti beynəlxalq təşkilatlar Ermənistanın törətdikləri çoxsaylı cinayətləri görmək istəmir. Əslində bu susqunluq gələcək üçün yaxşı heç nə vəd etmir. Ermənistanın vandalizm aktlarına göz yummaq daha böyük faciələrə rəvac verir. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilir ki, 25 ilə yaxın müddətdə Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi olarkən Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməyən, münaqişənin həllinə çalışmayan, Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransa bu bəyanatla növbəti dəfə qeyri-ədalətli mövqe nümayiş etdirib.
Üçtərəfli Bəyanata və Fransa Prezidentinin də iştirakçısı olduğu Praqa görüşünün nəticələrinə uyğun olaraq Ermənistanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırmayan, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini çıxarmağı tələb etməyən Fransa tərəfinin birtərəfli əsasda yalnız Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu bəyanatda bildirməsi rəsmi Parisin ölkəmizə qarşı qərəzinin nümunəsidir. Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistanın təxribatlarına sərt formada cavab verilir və veriləcəkdir. Düşmən ölkənin bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın bu prosesdə maraqlı olmadığını göstərir və bu kimi hərbi təxribatlar siyasi təhrikçi addımlarla və bəyanatlarla müşayiət olunur. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki ölkəmizin ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.
Onu da qeyd edək ki, dünya birliyində qərar qəbul edənlərin ələ alınması sahəsində ermənilərin yüzillik təcrübəsi var. Onlar yalnız "erməni milli maraqları" adlandırdıqları sərsəm ideyanı inkişaf etdirmək üçün deyil, bütün məsələlərdə, o cümlədən biznes maraqlarının təmin olunmasında da bu təcrübədən istifadə edirlər. Bu fəaliyyəti uğurlu edən digər səbəblər