Ölkəmizin müstəqilliyinə hesablanmış iqtisadi strategiya
Siyasət

Ölkəmizin müstəqilliyinə hesablanmış iqtisadi strategiya

Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dövlətimiz mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlətdir. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasına, çox kövrək zəif dövlət siyasətinin güclü aparıcı mövqeyə yüksəlməsinə, qədim tarixi çoxəsrlik zəngin mədəniyyəti olan uca millətimizin bütün dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyətinin nəticələrinə, eləcə respublikamıza məharətlə başçılıq etdiyinə görə, hələ uzun illər öncədən xalqımızın qəlbində əvəzsiz dövlət xadimi olaraq dəyərləndirilmiş ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə müəyyən etdiyi həyata keçirdiyi strategiya bütün sahələrdə əldə olunan uğurların əsasını təşkil edir.

Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir olan, ölkənin mədəni, iqtisadi təbii resurslarını, potensialını əhalinin rifahı dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, tarix xalqımıza Heydər Əliyev kimi dünyamiqyaslı siyasətçinin simasında əsl ümummilli liderə xas olan parametrlərə tam cavab verən, eləcə xalqımızın dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı, ümummilli lider bəxş etmişdir.

Xalqımızın 30 ildən artıq tarixi dövrü məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. Hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə təyin olunmuş Heydər Əliyev qısa zamanda öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarmışdır. Ölkədə demək olar ki, bütün sahələr üzrə inkişaf tendensiyası hiss edilirdi. Prosesləri ardıcıl sistemli izlədikdən sonra əminliklə demək olar ki, Ulu Öndərin 70-ci illərdə həyata keçirdiyi iqtisadi strategiya Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdı.

Ulu Öndər həmin zamanı, gerçəkləşdirilən layihələri sonradan xatırlayarkən belə demişdir: "Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu üçün etdiyimi demirdimAmma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin".

Həmin dövrlərdə Azərbaycana ittifaq daxili baxışlar birmənalı xoş deyildi. Ölkəmizin böyük potensialı olsa da, neft qazdan yüksək miqdarda gəlir əldə edilsə , Moskva tərəfindən sanki soyğunçuluq siyasəti həyata keçirilir, Azərbaycana çox az miqdarda maliyyə ayrılır, davamlı inkişafa zəmin yaradan layihələr həyata keçirilmirdi.

1969-cu ildə dahi şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsilə bu vəziyyət dəyişdi Azərbaycanın dövlət olaraq hərtərəfli formalaşmasının, davamlı inkişafının əsası qoyuldu. 1969-cu ilə qədər keçmiş SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycan qısa müddət sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir diyara çevrilmişdir. Şübhəsizdir ki, ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçildiyi həmin tarix ölkəmizin müstəqillik salnaməsinin, parlaq işıqlı yolunun başlanğıcıdır.

Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan bir neçə il sonra SSRİ- ən qabaqcıl respublikaya çevrildi. Müasir texnika texnologiyalarla təchiz olunmuş yeni sənaye müəssisələrinin yaradılması, müasir təsərrüfatçılıq ənənələrinin formalaşdırılması bir sıra köklü islahatlar respublikanı aqrar regiondan aqrar-sənaye regionuna çevirmişdir. Ümumilikdə, ulu öndərin Azərbaycanda birinci hakimiyyətdə olduğu 1969-1982-ci illərdə respublikamızda 213 yeni iri