Tarixi çox qədim olan Azərbaycan əsrlər boyu şərq, cənub və şimal qonşuları ilə ticarət etmiş, həm karvan, həm də dəniz vasitəsilə qurulan bu əlaqələr təbii ki, onun inkişafına, mədəniyyətinin formalaşmasına təsirsiz qalmamışdır. Şəhərin hərtərəfli inkişafı, XIX əsrin ikinci yarısından, 70-ci illərdən başlayır. Həmin dövrlərdə memarlıq da sürətlə inkişaf edir. Az müddətdə Bakıda əzəmətli məbədlər, məscidlər və kilsələr tikilirdi....
Bu gün Prezident İlham Əliyevin mədəniyyət sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində ölkəmiz dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilib. Zəngin tarixi və mədəni irsi, dini və sosial tolerantlıq ənənələri olan Azərbaycan dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı təsiri məkanına uğurla inteqrasiya olunur, özünün zəngin təcrübəsini beynəlxalq ictimaiyyətə təklif edir. Artıq dünyanın din xadimləri özünü tolerantlığın ideoloji mərkəzi və praktik təcəssümü kimi təsdiq edən Bakıda toplaşır, dinlərin dialoqu çərçivəsində, həm də sivilizasiyaların qarşılıqlı anlaşması istiqamətində səmərəli iş aparırlar.
Multikulturalizmin beynəlxalq arenada təbliğinə Azərbaycan dövləti tərəfindən hələ 2008-ci ildə başlanılıb. Belə ki, Prezident İlham Əliyevin 4 noyabr 2008-ci il tarixli Sərəncamına uyğun olaraq, həmin il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin, 2009-cu ildə isə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı keçirilmiş, bununla da dünya siyasətçilərinin adlandırdığı kimi “Bakı prosesi” başlanmış və bu da öz növbəsində Bakıda mədəniyyətlərarası dialoqların keçirilməsinə təkan vermişdir.
2008-ci ilin 2-3 dekabr tarixində təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 İslam ölkəsi dəvət edilmiş, İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formatda keçirilmişdi. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda “Mədəniyyətlərarası dialoqun təşviqinə dair “Bakı Bəyannaməsi” qəbul edilmişdi. “Bakı Bəyannaməsi” ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi”nin və bu prosesin inkişafına hədəflənmiş “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyuldu. “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabr tarixində Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin VI Konfransında isə Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti də iştirak etdi. Konfransda iştirak edən Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında mədəniyyətlərarası dialoqa dair birgə kommunike qəbul edilmişdi.
Mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi”nin əsası 2-3 dekabr 2008-ci ildə Bakıda Avropa və İslam ölkələri mədəniyyət nazirlərinin bir araya gəldiyi “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” adlı beynəlxalq konfransda qoyulub. Həmin konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu təşviq edən, Azərbaycanın mədəni diplomatiyasını təbliğ edən, multikulturalizm siyasətini möhkəmləndirən interaktiv beynəlxalq platforma olaraq “Bakı prosesi” yaradıldı. Müxtəlif millətlərin və dini konfessiyaların dinc, yanaşı mövcudluğunun mümkünlüyünü sübut edən, multikulturalizm modelinin uğurlu, mütərəqqi bir model olduğunu nümayiş etdirən, bununla da dünyada daha gərəkli vacib məsələnin həlli yolunda bir nümunəyə çevrilən Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında isə ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və