"Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir". Bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibə zamanı bildirib.
Ermənistan hakimiyyəti İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrlərdə daim dünya mediasına, təşkilatlarına müraciətlər ünvanlayıb. Lakin Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi və Aprel döyüşləri zamanı da qeyd etdiyi kimi, Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir. Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz. Qarabağ münaqişəsi insan haqlarını, ərazi bütövlüyünü, mülkiyyət hüquqlarını və digər hüquqi və siyasi məsələləri əhatə edir. Bu səbəbdən, münaqişənin həlli üzrə qərarlar yalnız Azərbaycan hökuməti tərəfindən verilə bilər. Şübhəsiz ki, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunması üçün hər hansı bir müdaxilə qəbuledilməzdir.
Münaqişə hər iki tərəfin müzakirələri və diplomatik yollarla həll edilməlidir. Şübhəsiz ki, sülh və Qarabağ məsələsi bütün regionun maraqlarını özündə birləşdirir. Rusiya və İran kimi regional məsələlərdə aktiv rol oynayan və Fransa kimi uzaqdan idarəetməyə meyilli ölkələr bölgədə öz mövqelərini möhkəmləndirməyə çalışırlar. Beynəlxalq təşkilatların hansı məqsədlə Ermənistana dəstək verdiyi bəllidir. Elə bu ilin yanvar ayında Avropa Parlamentinin yaydığı qərəzli və əsassız anti-Azərbaycan fikirləri də qurumun ermənipərəst mövqeyinin göstəricisi idi. Parlament açıqlayıb ki, Azərbaycan tərəfi guya Hayastana hərbi təcavüz göstərib və Laçın yolu "blokadaya" salınıb. Təəssüf ki, Avropa Parlamenti kimi qurumların bu əsassız çıxışları onların ermənipərəst, qeyri-ciddi mövqeyindən xəbər verir. Əlbəttə, Parlamentin ortaya çıxan rüşvət qalmaqalı da bu təşkilatın əsl üzünü göstərdi. Bu da onu deməyə əsas verir ki, Avropa Parlamentinin parlamentariləri erməni lobbisindən aldıqları pullar müqabilində Azərbaycan əleyhinə danışırlar. Bu qətnamələrin qəbul olunmasında əsas rolu ermənilərdən daha çox erməni olan fransız rəsmiləri oynayır. Əlbəttə, erməni oliqarxların verdiyi rüşvətlər nəticəsində Avropa Parlamentinin bəzi deputatları təbii olaraq Azərbaycan əleyhinə qərəzli fəaliyyətləri ilə seçilirlər. Ölkəmizə qarşı əsassız bəyannamələr, sənədlər qəbul etməklə yanaşı, Ermənistanı qeyd-şərtsiz dəstəkləmələrinin səbəbi bir-bir aydın olmağa başlayır. Ermənistanın isə bu mövqelərə müsbət yanaşması və aktiv formada xarici qüvvələri regiona dəvət etməsi onlara qeyri-ixtiyari söz demək haqqını verir. Avropa İttifaqının bölgəyə göndərdiyi sülh missiyası isə sülhün deyil, Qərbin, xüsusilə də Fransanın bölgədəki məkrli ermənipərəst mövqeyinin növbəti təzahürüdür.
Lakin artıq Ermənistan hakimiyyəti həqiqəti yavaş-yavaş da olsa qəbul etməyə başlayıb. Hazırda davam edən konstruktiv danışıqlar nəticəsində vacib addımlar atılıb. Görüşlərin ümumiləşdirilmiş nəticəsi olaraq onu deyə bilərik ki, artıq Ermənistan da Prezident İlham Əliyevin həftələr öncə dediyi sözlərə gəlib çıxır: "Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni müxtəlif dəyişikliklər olub. Nəticə etibarilə bizə belə gəlir ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. O da nəyi göstərir? O da göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. Beləliklə, bax, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyən Ermənistan bu gün "Qarabağ Azərbaycandır və nida" sözlərimizi təkrar etməlidir. Çünki əgər "A" deyibsə "B