Zaman ötdükcə Heydər Əliyevin yaratdığı irsin, onun ideyalarının dəyərini, bu şəxsiyyətin əzəmətini daha aydın anlayırıq. Ulu öndərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır, onun siyasi həyat yolu, fəaliyyəti tariximizin və xalqımızın yaddaşına əbədi həkk edilibdir. "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik" sözlərini tarixə yazmış Heydər Əliyev Azərbaycanın meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır. Onun uzaqgörənliklə meliorasiya və su təsərrüfatı sahəsində irəli sürdüyü ideyalar bu gün də xalqımızın maddi rifah halının yaxşılaşdırılmasında böyük rol oynayır.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Azərbaycanın müasir tarixinin taleyüklü hadisələrlə dolu olan otuz ildən artıq bir dövrü məhz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərimizin hakimiyyətdə olduğu - istər 1969-1982-ci, istərsə də 1993-2003-cü illər Azərbaycanın sözün həqiqi mənasında çiçəkləndiyi, hərtərəfli inkişaf dövrü olmuşdur.
Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin təməl daşları hələ Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə qoyulmuşdu. Müstəqillik illərində isə məhz ulu öndərimizin gərgin və titanik səyləri, düşünülmüş müdrik siyasi kursu sayəsində Azərbaycan nəinki öz suverenliyini qoruyub saxlamış, hətta onu əbədi prosesə çevirmiş, dünyanın qüdrətli dövlətləri səviyyəsinə yüksəltmişdir.
Hələ ötən əsrin 60-cı illərinin sonunda ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilməsi ilə xalqımız tarixən formalaşmış zəngin dövlətçilik ənənələrini üzə çıxarmaq, gələcək müstəqilliyinə etibarlı zəmin yaratmaq şansı qazanmışdır. Ümummilli lider ölkə rəhbərliyinə gəlişinin ilk illərindən etibarən mərkəzin ideoloji maneələrini aradan qaldırmaqla xalqın milli şüurunu oyatmağa, milli müstəqillik duyğularını gücləndirməyə çalışmışdır. Ulu öndərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq həmin dövrdə ictimai şüurdakı istiqlal duyğuları aşkara çıxaraq yeni siyasi məzmun kəsb etməyə başlamış, respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşdırmışdır.
Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda məhz ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir.
Dahi şəxsiyyət və böyük strateq bu reallığı da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Müstəqil Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi bünövrəyə söykənir. Ulu öndər ölkənin gələcəyini, müstəqilliyini düşünərək keçmiş SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürmüş, strateji əhəmiyyətli bir sıra sənaye və aqrar-sənaye, istehsal müəssisələrinin respublikada inşasına nail olmuşdur.
Keçmiş Sovetlər İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyevin rəhbərliyi altında yeni, mütərəqqi sənaye, kənd təsərrüfatı sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Həmin illərdə respublikanın bütün bölgələrinin inkişafı, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görülmüşdür. Elmi-texniki tərəqqinin nailiyyətləri, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın İttifaq miqyasında öncül mövqelərə çıxmasına və sosial-iqtisadi həyatında yüksəlişinə təkan vermişdir.
Ulu öndər Azərbaycanın işıqlı və parlaq gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikanın iqtisadi potensialını gücləndirirdi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan bütün sahələrdə sıçrayışa necə sürətlə nail olmuşdur. Müstəqil dövlət quruculuğuna açılan yol əslində 1969-cu ildən - Heydər Əliyevin respublika