Nikol Paşinyan - Qərbin
Siyasət

Nikol Paşinyan - Qərbin "Troya atı"

Qərb dairələri Cənubi Qafqazdakı destabil vəziyyətdən öz xeyirlərinə yararlanmaq niyyətindədirlər. Qlobal güclər yaranmış fürsətdən istifadə edərək regionda fəallaşmağa qalıcı olmağa çalışırlar. Amerika Fransa Cənubi Qafqaza nüfuz etmək üçün xüsusi fəallıq göstərir, erməni lobbiçilərinin əlində oyuncağa çevrilmiş Avropa Parlamenti isə müxtəlif böhtanlarla Azərbaycana qarşı qətnamələr qəbul edir. Getdikcə açıq görünür ki, Vaşinqton-Paris-Brüssel-Moskva xəttində regionla bağlı ziddiyyətlər artmaqdadır. Mövcud geosiyasi vəziyyətdə isə regional vahidliyin önəmi Cənubi Qafqaz üçün ən əsas şərtdir. Güc mərkəzlərinin maşası olan Ermənistanın baş naziri Nikol Paşinyan regional maraqları, müxtəlif meyilləri özündə əks etdirməyə davam edir. Heç şübhəsiz, Cənubi Qafqazın təhlükəsizliyi məsələsində Azərbaycan əsas mövqeyə sahibdir bu sahədə ölkəmizin rolu daha aydın şəkildə özünü göstərir. Prezident İlham Əliyevin atdığı konstruktiv ədalətli addımlar regionda sülhün hakim olmasına olan inamı artırır.

Cənubi Qafqaz regionunda maraqları olan güclər geopolitik proseslərə müdaxilə etməyə çalışır, regional ölkədaxili məsələlərə istiqamət verməyə cəhd göstərirlər. Belə olan halda, regionda sabitlik əvəzinə gərginliyin daha da artması qaçılmaz olur. Regionda güc sahibi olmağa can atan dövlətlərin sırası kifayət qədər genişdir. Üstəlik, bu dövlətlərin əksəriyyətinin xarici siyasətdə maraqları kəskin şəkildə toqquşur. Regional gərginliyi artıran məqamlardan biri məhz budur.

Postsovet məkanında Rusiyanın hakim mövqeyi danılmazdır. Lakin unudulmamalıdır ki, dünya hazırda yeni eranın astanasındadır geostrateji güc savaşında hər şey dəyişkəndir. Bu məqamda, qoca qitənin attığı addımlar xüsusi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Rusiya-Ukrayna müharibəsinin gətirdiyi reallıqlar dünyanın hər bir nöqtəsində fərqli nəticələrlə müşahidə olunur. Plan çox açıqdır - Rusiyaya qarşı yeni cəbhə açaraq onu hər tərəfdən mühasirəyə almaq. Məhz bu məqamda Cənubi Qafqazın əhəmiyyəti olduqca böyükdürDanılmaz faktdır ki, hər iki güc mərkəzinin Rusiya qədər regionda söz haqqı yoxdu bütün cəhdlər Kremlin təsir dairəsini regionda zəiflətməyə yönəlmişdir. Azərbaycan Ermənistan arasındakı gərginliyin hökm sürməsi məhz bu güc dairələrinin əsas "səbəbi" olaraq göstərilir. Əslində bu məqam özlüyündə bütün məsələləri aşkara çıxarır. Paşinyanın sülhə meyil etməməsi, Ermənistandakı Rusiya hərbi bazaları önündə keçirilən aksiyalar, beynəlxalq məkanda Avropa   Amerikanın hərbi birləşmələrinin Ermənistan tərəfindən regiona dəvəti s. məqamlar Cənubi Qafqazın yeni cəbhə seçilməsini göstərir. Digər tərəfdən, Rusiya Ermənistanın davranışlarından ciddi şəkildə narahatdır. Çünki ən kiçik ehtimal belə olsa ABŞ Qərbin vasitəçiliyi ilə imzalanacaq sülh sazişi Rusiyanın Cənubi Qafqazda rolunu olduqca azaldacaq. "Rusiya Cənubi Qafqazdan çıxmaq niyyətində deyil", - deyən İrəvandakı rus səfirin açıqlaması Xarici İşlər Nazirliyinin təmsilçisi Mariya Zaxarovanın sərt xəbərdarlıqları da vəziyyətin həddə olduğunu göstərir. Yaxın keçmişdə baş tutan Ali Avrasiya İqtisadi Şurasının iclasında isə Nikol Paşinyan Laçın dəhlizi ilə bağlı ifadəsində bir daha vurğuladı: "Biz hesab etmirik ki, yol açıqdır. Biz blokada səbəbindən humanitar böhranın qiymətləndirilməsi üçün oraya beynəlxalq missiyanın göndərilməsini zəruri hesab edirik".

Göründüyü kimi, Ermənistan öz ərazilərini növbəti hərblər üçün sınaq meydançası etməyə maraqlıdır. ABŞ-ın Soros vasitəsilə hakimiyyətə gətirdiyi Paşinyandan gözləntisi elə bundan ibarətdir. Belə ki, KTMT üzvlüyündən qurtula bilməyən Ermənistan həm "Avropa İttifaqı missiyası" adı altında Fransa hərbi kəşfiyyatını da ölkə ərazilərinə cəlb edir. Buna əsasən  ABŞ-da Ermənistan ərazilərində hansısa bir formada hərbi mövcudluq niyyətindədir. Bir müddət əvvəl ABŞ ordusunun Avropa Komandanlığının qərargah rəisinin müavini, briqada generalı Patrik Ellisin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistana səfəri  burada Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri ilə şəxsi heyətin hazırlanması, birgə təlimlərin keçirilməsi, təcrübə bilik mübadiləsi imkanlarının müzakirə edilməsi bir növ mesaj xarakteri daşıyırdı