Nazirlər Kabinetində Ulu Öndər Heydər Əliyevin barelyefi açılıb
Digər xəbərlər

Nazirlər Kabinetində Ulu Öndər Heydər Əliyevin barelyefi açılıb

Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar mayın 6-da Nazirlər Kabinetinin binası qarşısında Ümummilli Liderin barelyefinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov hökumət rəsmiləri açılış mərasimində iştirak ediblər.

Tədbirdə çıxış edən Baş nazir Əli Əsədov bildirib ki, barelyefin açılmasında əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək onun Azərbaycan xalqı üçün gördüyü misilsiz işləri bir daha yada salmaqdır.

Baş nazir deyib ki, Ulu Öndər Heydər Əliyev 1969-cu il iyulun 14- Azərbaycanın rəhbəri olan zaman Mərkəzi Komitə Nazirlər Kabineti məhz bu binada yerləşirdi. 1982-ci il oktyabrın sonunadək bu binada fəaliyyət göstərən Ulu Öndər o qədər böyük olmayan otağından Azərbaycan üçün çox mühüm, kifayət qədər böyük işlər görüb. Ümummilli Lider Azərbaycan xalqının qəlbində özü üçün o qədər böyük heykəl ucaldıb ki, Vətənini, dövlətini, xalqını sevən hər bir azərbaycanlı bunu yüksək qiymətləndirir.