Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialına həsr edilmiş xüsusi sessiya təşkil olunub
Siyasət

Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialına həsr edilmiş xüsusi sessiya təşkil olunub

İyunun 3- "Bakı Enerji Həftəsi-2023" çərçivəsində "Naxçıvan Şərqi Zəngəzurun yaşıl enerji potensialı" mövzusunda xüsusi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, "Heydər Əliyev İli" çərçivəsində Naxçıvan şəhərində təşkil olunan xüsusi sessiyanın iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisində tədbir iştirakçıları ilə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli arasında görüş keçirilib.

Daha sonra Azərbaycan Respublikasının dövlət qurumlarının, Naxçıvan Muxtar Respublikasının aidiyyəti strukturlarının, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin, Bakı Enerji Forumunda qatılan xarici şirkətlərin nümayəndələrinin iştirakı ilə təşkil olunan Naxçıvan xüsusi sessiyası işə başlayıb.

Sessiya iştirakçıları muxtar respublikada fəaliyyət göstərən emal xidmət müəssisələri tərəfindən istehsal olunan məhsulların nümayiş olunduğu stendlərlə tanış olublar.

Xüsusi sessiya SOCAR-ın mətbuat katibi Orxan Hüseynovun moderatorluğu ilə Naxçıvan Biznes Mərkəzində keçirilib.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbir iştirakçılarını Ulu Öndər Heydər Əliyevin anadan olduğu Naxçıvanda salamlamaqdan məmnunluq hissi duyduğunu bildirib xüsusi sessiyanın işinə uğurlar diləyib.

Müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi ağır vəziyyətdən bəhs edən F.Nəcəfli məhz Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın bu ağır sınaqdan şərəflə çıxdığını vurğulayıb. O, bu xüsusda Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyasının, "Əsrin müqaviləsi"nin imzalanmasının ölkəmizin hərtərəfli inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb.

Sonra Naxçıvanın yaşıl enerji potensialından bəhs edən videoçarx nümayiş etdirilib.

Panel müzakirələrində çıxış edən Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvanın "yaşıl enerji" marafonuna qoşulduğunu söyləyib. Nazir Naxçıvanda "yaşıl enerji zonası"nın inkişafı üçün Konsepsiyanın hazırlandığını əlverişli günəş radiasiyasına malik Naxçıvanın bu məqsədin həyata keçirilməsi üçün ideal ərazi olduğunu vurğulayıb.

Muxtar respublikanın elektrik enerjisi tələbatının üçdəbirinin bərpa olunan enerji hesabına ödəndiyini qeyd edən Pərviz Şahbazov Naxçıvanda 1500 MVt gücündə yaşıl enerji layihələrinin reallaşdırılmasının hədəfləndiyini bildirib: "Bu gün burada "TotalEnergies" Nobel Energy Management" şirkətləri ilə ümumi gücü 900 MVt olan günəş külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalayacağıq. Bu güclərin 650 MVt-ı məhz Naxçıvanda yaradılacaq".

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf bu il Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyini bildirib. O, Ümummilli Liderin əziz xatirəsinə ehtiram əlaməti olaraq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bir çox tədbirlərin, Bakı Enerji Forumu çərçivəsində xüsusi sessiyanın Ulu Öndərin anadan olduğu Naxçıvanda keçirildiyini vurğulayıb.

"Naxçıvan Şərqi Zəngəzurun yaşıl enerji potensialı" mövzusunda xüsusi sessiyanın Naxçıvan şəhərində təşkil olunmasının əhəmiyyətindən bəhs edən SOCAR-ın prezidenti Naxçıvanın zəngin bərpaolunan enerji potensialına malik olduğunu, bu sahənin inkişafının ölkəmizin enerji təhlükəsizliyinin gücləndirilməsinə karbon emissiyasının azaldılmasına mühüm töhfə verəcəyini vurğulayıb.

"Yaşıl enerji" keçidin bu gün müasir dövrün əsas çağırışlarından biri olduğunu qeyd edən Rövşən Nəcəf SOCAR-ın uzunmüddətli korporativ hədəflərindən danışıb, bu xüsusda enerji keçidi, rəqəmsallaşma innovasiya kimi fəaliyyət sahələrinin prioritet istiqamətlər olaraq müəyyənləşdirildiyini, SOCAR-ın quruda dənizdə bərpa olunan enerji mənbələri ilə bağlı potensial imkanları mütəmadi olaraq araşdırdığını nəzərdən keçirdiyini diqqətə çatdırıb.

Azərbaycanın möhtəşəm enerji tarixinin bir hissəsi olmaqdan böyük qürur duyduğunu bildirən BP-nin Azərbaycan, Gürcüstan Türkiyə üzrə regional prezidenti Qəri Counz bundan sonra da ölkənin enerji gələcəyinin formalaşmasına dəstək verməyə hazır olduqlarını ifadə edib. Qəri Counz Azərbaycanın, xüsusən<