“Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir
Digər xəbərlər

“Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Narkomaniya ümumbəşəri bəladır" mövzusunda tədbir keçirilib. Bu barədə Fövqaladə Hallar Nazirliyinin məlumatında bildirilir.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən tədbirin əsas məqsədi şəxsi heyətin “ağ ölüm”ə qarşı mübarizə ilə bağlı maarifləndirilməsi olub.

“Respublika”.