Müzəffər sərkərdə, yenilməz ordu, qüdrətli ölkə
Siyasət

Müzəffər sərkərdə, yenilməz ordu, qüdrətli ölkə

Azərbaycanın qalib ordusu dövlətin, müstəqilliyimizin təhlükəsizliyimizin polad sipəri, xalqımızın etibarlı dayağı, hər birimizin iftixarıdır

10 dekabr 2020-ci il. Bakı, Azadlıq meydanı. “Dəmir yumruqəməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradı böyük qürurla, təntənə ilə keçirildi. Yaddaşlardan heç zaman silinməyən tarixi ana çevrilən paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə hərbi gəmi katerlərin təntənəli nümayişi oldu. Həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi paradda göstərildi. Azərbaycan qısa müddət ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Müharibənin hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın buna nail olduq.

Ali Baş Komandanın dərindən düşünülmüş mükəmməl hərbi strategiyası, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası erməni faşizmini iflasa uğratdı. Yüksək peşəkarlıq, nizam-intizam, mobillik, komandirlərə inam, Azərbaycan Ordusunun müasir hərbi texnologiyalara malik olması ondan peşəkarcasına istifadə bacarığı öz sözünü dedi. Lakin bu müharibədə ən önəmli olanı Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbçilərinin yüksək mənəvi-psixoloji durumu idi. 44 günlük savaş dünya hərb tarixinə yazıldı. Rəşadətli Azərbaycan Ordusunun nələrə qadir olduğunu bilmək üçün təkcə Şuşanın azad edilməsi əməliyyatı kifayət edir. Bu ordu artıq öz adını dünya hərb tarixinə yaza bildi.

Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika silahlara malik olan nizami ordusu vardır. Hazırda Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə, nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Dünya ölkələri üzrə orduların yeni reytinq açıqlamasına görə, “Global Fire Powerşirkətinin araşdırması nəticəsində məlum olub ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsidir. Belə ki, Azərbaycan Ordusu 138 ordu arasında gücünə görə 64- pilləni tutub. “2020: hərbi güc reytinqiadlı bu sənəd ümumilikdə 138 ölkənin Silahlı Qüvvələrini əhatə edib. Reytinq hazırlanan zaman ordu ilə bağlı 6 göstərici əsas götürülüb. Bunlar illik hərbi büdcə, orduda xidmət edən şəxsi heyətin, Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, pilotsuz uçuş aparatı helikopterlərin, eyni zamanda qırıcı təyyarələrin, tankların sayı hərbi donanma üzrə göstəricilərdir. “Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək. Artıq ordumuz istənilən vəzifəni həll etməyə hazırdır”, - deyən ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi sənaye kompleksi yaradılmış, Silahlı Qüvvələrin maddi-texniki bazası müasir texnika silahlarla zənginləşdirilmiş, bu