Mütəxəssislər Bakıda
Gündəm

Mütəxəssislər Bakıda "Kosmosda təhlükəsiz gələcəyin araşdırılması" mövzusunu müzakirə ediblər

Oktyabrın 5-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində "Qalaktika qoruyucuları: Kosmosda təhlükəsiz gələcəyin araşdırılması" mövzusunda plenar iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, Kosmik Fondun baş vitse-prezidenti Stiv Eisenhartın moderatoru olduğu plenar iclasda İsrail Kosmik Agentliyinin prezidenti Uri Oron və Beynəlxalq Astronavtika Federasiyasının (İAF) beynəlxalq təşkilatlarla əlaqələr üzrə vitse-prezidenti Anil Kumar çıxış ediblər.

Bildirilib ki, qlobal kosmik sektor təhlükəsizlik problemləri ilə müşayiət olunan əhəmiyyətli genişlənmə dövrü yaşayır. Bunu nəzərə alan IAF-ın Təhlükəsizlik üzrə İşçi Qrupu maraqlı tərəflərin iştirakı ilə sessiyalar keçirir, maarifləndirmə tədbirləri icra edir.

Uri Oron qeyd edib ki, təhlükəsiz kosmo

s mühiti nəinki innovasiyaları gücləndirir, həm də kosmik sistemlərin Yerdəki insanlara faydalarını qoruyur: "Təhlükəsiz kosmos sahəsini inkişaf etdirməklə biz elmi kəşfiyyat, əsaslı innovasiya, kommersiya inkişafı və ahəngdar beynəlxalq əməkdaşlıq üçün sonsuz imkanlar açırıq". Onun sözlərinə görə, aparıcı ekspertlər kosmosda yaranan təhlükəsizlik çağırışlarına və onların həlli üçün potensial strategiyalara işıq salan maraqlı, interaktiv müzakirəyə töhfə verəcəklər.

Vurğulanıb ki, plenar iclasın məqsədi təhlükəsizlik problemləri haqqında məlumatlılığı artırmaq, akademik müzakirələri stimullaşdırmaq və birgə həllərin inkişafını sürətləndirməkdir.

İclasda kosmos mühitinin davamlılığı, kosmik nəqliyyatın idarə olunması, kosmos fəaliyyətlərinə potensial təhlükələr və digər mövzular müzakirə edilib.

Mütəxəssislər yaranan təhlükəsizlik çağırışları haqqında məlumatlılığı artırmaq, məlumat mübadiləsini təşviq etmək, maneələri müzakirə etmək və hamı üçün təhlükəsiz kosmik mühiti təmin etmək üçün birgə həll yollarını araşdırıblar.