Dünyada olan hadisələr
1040 − Elgin Döyüşündə Makbet əmisi oğlu Şotlandiya Kralı Dunkanı öldürmüş və yeni kral olmuşdur.
1248 − Köln Katedralının inşasına başlanılmışdır.
1790 − Rusiya ilə İsveç arasında Rus-İsveç müharibəsinə (1788-1790) rəsmi olaraq son qoyan Verela sülhü bağlanıb.
1812 – Barklayın komandanlığı altında Birləşmiş Rus Qoşunları Napelon ordusu ilə Smelnsk uğrunda döyüşə başlamışdır.
1822 − Rusiyada gizli cəmiyyətlərin qadağan edilməsi, mason lojalarının bağlanması və bütün məmurlardan gizli cəmiyyətlərə aid olmamalarına dair sənəd alınması haqqında fərman verilib.
1848 − Kanada ingilis dilinin yeganə dövlət dili olaraq qəbul edilməsinə dair müddəanı ləğv etmişdir.
1850 − Gennadi İvanoviç Nevelskoyun rəhbərlik etdiyi Amur ekspedisiyası Kuegda burnunda Rusiya bayrağını qaldırdı. Nikolaev postu (indi Nikolaevsk-na-Amure şəhəri) quruldu və Nevelskoy, öz təşəbbüsü ilə Amur ərazisinin və Saxalinin Rusiyaya birləşdirildiyini elan etdi.
1880 − Köln Katedralinin 632 il davam edən inşası başa çatmışdır.
1888 − Amerikalı mühəndis Oliver Şhellenberger elektrik sayğacının patentini almışdır.
1893 − Parisin polis valisi Lu Lepin, tarixə məlum olmayan bir sürücüyə ilk sürücülük vəsiqəsini vermişdir.
1908 − Folkestone şəhərində (İngiltərə) ilk beynəlxalq gözəllik yarışmalarından biri keçirilib.
1914 − Lvovda Ukrayna Radası yaradılıb.
1917 − Müvəqqəti Hökumətin qərarı ilə Nikolay Romanov ailəsi ilə birlikdə Tobolskdakı bir qəsəbəyə göndərilib.
1919 − Rusiyadakı vətəndaş müharibəsi zamanı M.V.Frunzenin komandanlığı altında Türküstan Cəbhəsi qüvvələri Aktübe əməliyyatını keçirmiş, Kolçakın cənub ordusunu məğlub etmişdir
1919 − Şimal-Qərbi Rusiyanın Ağ Qvardiya hökuməti Estoniyanın müstəqilliyini tanımışdır.
1921 − Qırmızı Ordu hissələri və yerli partizanlar tərəfindən Tuvadan ağqvardiyaçıların qovulmasından sonra, Ümumtuva Təsis Məclisində Tannu-Tuva Xalq Respublikası (paytaxtı Qızıl şəhəri) yaradılmışdır. Respublikanın adı 1926-cı ildən Tuva Xalq Respublikası, 1944-cü ildən SSRİ-nin tərkibində Tuva Muxtar Vilayəti, 1961-ci ildən Tuva ASSR, 1991-ci ildən Rusiya Federasiyasının tərkibində Tuva Respublikası olaraq dəyişdirilmişdir.
1930 − Mərkəzi İcraiyyə Komitəsi və SSRİ Xalq Komissarları Sovetinin "Ümumi icbari ibtidai təhsil haqqında" fərmanı qəbul edilmişdir.
1936 − Basketbol ilk dəfə Olimpiya Oyunlarında təqdim edilib.
1943 − Kazan şəhərində professor İqor Vasilyeviç Kurçatovun rəhbərlik etdiyi SSRİ Elmlər Akademiyasının 2 nömrəli laboratoriyasının yaradılması haqqında əmr imzalandı. Laboratoriya daha sonra IV Kurçatov Atom Enerjisi İnstitutu (indiki Kurçatov İnstitutu Araşdırma Mərkəzi) oldu.
1944 − Vladimir və Tümen bölgələri qurulub.
1945 − Yaponiya İmperatoru Hirohito Yaponiyanın qeyd -şərtsiz təslim olması haqqında fərman verdi.
1947 – Böyük Britaniya Hindistana müstəqillik verdi.
1947 – Pakistan öz müstəqilliyini elan edib.
1952 − Tarixdə ilk dəfə fransız iqtisadçı A.Sovi inkişaf etməkdə olan ölkələrə üçün "Üçüncü Dünya" ifadəsini istifadə edib.
1969 − Şimali İrlandiyayakı protestantlarla katoliklər arasındakı toqquşmaları dayandırmaq üçün İngilis qoşunları bu ölkəyə daxil olmuşdur.
1971 − 110 il sonra Britaniya müstəmləkəsi olan Bəhreyn müstəqilliyini elan edib.
1972 – Brandenburqda 156 nəfərin ölümü ilə nəticələnən Almaniya tarixinin ən böyük təyyarə qəzası baş verib.
1973 − Pakistan konstitusiya qəbul edilib.
1984 – IBM şirkəti “PC DOS 3.0”-ı buraxıb.
1992 − Gürcüstan ordusu Abxaziya ərazisinə daxil olub. Gürcüstan-Abxaziya müharibəsi başlayıb.
1994 − Hubble teleskopu Uran planetinin halqalarının şəklini çəkib.
2001 – Türkiyədə R.T.Ərdoğönın liderliyi ilə Ədalət və İnkişaf Partiyası (AKP) qurulmuşdur.
2003 − ABŞ və Kanadada elektrik stansiyalarında qəza və elektrik enerjisnin verilişində kəsintilər baş vermişıdir.
Bayramlar və xüsusi günlər
- Pakistanın Müstəqillik Günü.
- Beynəlxalq Kərtənkələ Günü.
Doğumlar
1540 − Magnus, Livoniya kralı (1570-1577) (ö. 1583).
1688 − Frederik Vilhelm I, Prussiya kralı (1713-1740) (ö. 1740).
1742 − VII Pius (dünyada Gregorio Luigi Barnaba Chiaramonti), 251-ci Roma Papası (1800-1803) (ö. 1823).
1777 − Hans Kristian Oersted, Danimarkalı fizik (ö. 1851).
1886 − Artur Jeffrey Dempster, ilk kütləvi spektrometr (1918) və ikili fokuslu kütlə spektroqrafı quran Kanadalı fizik və kimyaçı (ö. 1950).
1892 – Əzizə Məmmədova, Azərbaycanın ilk kinoaktrisalarından biri (ö. 1961).
1923 – Kamal Talıbzadə, Azərbaycanda ədəbi tənqid tarixinin yaradılması və təşəkkülünün yaradıcısı, görkəmli ədəbiyyatşünas, akademik (ö. 2006).
1923 − Eduard Kandel, Sovet neyrocərrahı, SSRİ Dövlət Mükafatı laureatı (ö. 1990).
1933 − Riçard Ernst, isveçrəli kimyaçı, Nobel mükafatı laureatı (1991).
1955 – Gülər Sabancı, Sabancı ailəsinin üçüncü nəsil üzvü, Sabancı Holdingin İdarə Heyətinin sədri
1960 − Sarah Brightman, İngilis müğənni və aktrisa.
1979 − Denis Lebedev, rusiyalı peşəkar boksçu, dünya çempionu.
1990 − Naz Aydemir, Türkiyənin Fənərbahçə klubunun ve Türkiye A milli komandasının voleybolcusu.