Zaman ötdükcə həyatda baş verən çox vacib hadisələr belə yavaş-yavaş unudulur. Ancaq xalqımızın yaddaşına əbədi həkk olunmuş elə tarixlər var ki, ona zaman da təsir edə bilmir. 1993-cü il iyunun 15-i məhz belə tarixlərdəndir. Bəli, həmin gün ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı, dövlətimizin xilas anının başlanğıcı - Milli Qurtuluş Günüdür.
30 il bundan öncə, 1993-cü ilin iyun ayının əvvəlində ölkəmizdə cərəyan edən hadisələr hər birimizin yadındadır. Həmin vaxt Azərbaycan dövlətçiliyi və müstəqilliyi təhlükə qarşısında idi. Baş vermiş qarışıqlıqdan xarici və daxili qüvvələr hər vasitə ilə istifadə etməyə fürsət gözləyirdilər. Hakimiyyət dairələri çaşqınlıq içərisindəydi, ölkə başlı-başına qalmışdı. Surət Hüseynov silahlı qüvvələri ilə Azərbaycanın paytaxtına yaxınlaşırdı. O, respublikanın bir neçə rayon və şəhərlərində yüksək vəzifələrə öz nümayəndələrini yerləşdirirdi. Günlər ötdükcə təhlükə artırdı.
Belə təhlükəli vaxtda xalqın təkidli xahişi ilə Heydər Əliyev bir daha Vətəninə, millətinə olan məhəbbətini nümayiş etdirib iyunun 9-da Bakıya gəldi. "Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və inkişaf etməsinə sərf edəcəyəm. Buna heç kimin şübhəsi olmasın. İkincisi, mən heç bir vəchlə bir daha Azərbaycanın başqa bir dövlətin tərkibinə daxil olmasına öz imkanlarım qarşısında yol verməyəcəyəm...". Heydər Əliyev iyunun 15-də Ali Sovetin sədri seçildikdən sonra Milli Məclisdə söylədiyi bu sözlərin hamısını reallaşdırdı, yerinə yetirdi. O, əvvəlcə ölkəni quldur, separatçı qüvvələrdən təmizlədi, sonra isə müstəqil dövlət quruculuğuna başladı.
O illərdə Azərbaycan siyasi-iqtisadi böhran içində boğulan, yarıdağılmış bir məmləkət idi. Ulu öndər çıxışlarının birində bu barədə demişdir: "Azərbaycan bərbad vəziyyətdədir, bəzi adamlar on gündür ki, barmaq-barmağa vurmayıblar. Kabinetlərdə boş-boş şayiələrlə məşğul olurlar. Mən heç kəsə heç bir qarantiya vermirəm. Mən özümü peyğəmbər hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün fəaliyyət göstərəcəyəm". Bəli, məhz bu fəaliyyətin hesabına bu gün Azərbaycan yaşayır, tərəqqi edir. Hazırda vətənimiz öz iqtisadi inkişafına və göstəricilərinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur və xalqımızın rifahı qabaqcıl dövlətlərlə müqayisə olunur.
Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik uğurlar məhz Heydər Əliyev kimi böyük şəxsiyyətin, müdrik siyasətçinin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur.
Müstəqilliyin bərpasından sonra xalqımızın əldə etdiyi böyük nailiyyətlərdən biri də 1995-ci ildə referendum yolu ilə qəbul olunan ilk milli Konstitusiyamızdır. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ölkəmizin əsas qanunu beynəlxalq standartlara cavab verən mütərəqqi Konstitusiyadır. Müasir Azərbaycan cəmiyyətinin ən yüksək demokratiya ideallarına uyğun inkişaf etmək istəyi bu Konstitusiyanın bütün müddəalarında qabarıq şəkildə özünü büruzə verir.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiyanın qəbul edilməsinin ilk təşəbbüskarı və müəllifi məhz ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Qeyd etmək lazımdır ki, 1993-cü ilədək Azərbaycanın yeni Konstitusiyasının hazırlanmasına müəyyən təşəbbüslər göstərilsə də, bir sıra səbəblərdən bu reallaşmamışdır. Belə ki, o dövrdə respublikada ictimai-siyasi sabitlik əldə edilməmiş, rəhbərlikdə olanların isə bu sabitliyi yaratmağa səriştə və bacarıqları çatmamışdır.
Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik bərpa olunmuş, bundan sonra hadisələrin inkişafı yeni Konstitusiyanın hazırlanmasını sürətləndirmişdir. Ümummilli liderimiz yeni Konstitusiyanı son dərəcə mükəmməl bir sənəd kimi hazırlamağı tövsiyə edərək deyirdi: "Biz elə