Müstəqilliyimizi əbədiləşdirən dahi lider
Siyasət

Müstəqilliyimizi əbədiləşdirən dahi lider

Tarixdəki ən böyük dühalardan biri - şərəfli mənalı ömür yolunu Azərbaycanın nicatına, milli dövlətçiliyimizin dirçəlməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına xalqımızın müstəqillik arzusuna qovuşmasına həsr edən ümummilli lider Heydər Əliyevdir. Bu dahi insanın adı ölkəmizin xilaskarlıq simvoluna çevrilmiş, həyat fəaliyyəti doğma vətəninə torpağa məhəbbət, sədaqət meyarı olmuşdur. Ona görə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan hər bir tarix bizim üçün müqəddəsdir bu günlərdə dahi liderin anadan olmasının 100- ildönümü xalqımız tərəfindən böyük ehtiram sevgi ilə anılır. Müasir Azərbaycan tarixinin parlaq siması, qüdrətli şəxsiyyəti olan Heydər Əliyev qəlbimizdə daim yaşayacaq.

Azərbaycançılıq məfkurəsini publisistikaya XIX əsrin axırlarında Məhəmmədağa Şahtaxtlı, ədəbiyyata XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə, milli siyasətə, yüksək dövlətçilik səviyyəsinə XX yüzilliyin yetmişinci illərində qüdrətli siyasi xadim Heydər Əliyev gətirmişdir. Tarixi hadisələrin sonrakı gedişi sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, hüquqi sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Ölkəmizin indiki siyasi iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə dünya iqtisadiyyatına inteqrasiyası hələ 1970-1980-ci illərdə təməli Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır. Ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan özünün geosiyasi mövqeyini, ictimai-siyasi mənəvi-psixoloji inkişaf xüsusiyyətlərini nəzərə alaraq mövcud inkişaf modellərinə əsaslanmadan Qərb Şərqin yaratdığı dəyərlərdən yaradıcılıqla səmərəli şəkildə bəhrələnməyə, çoxşaxəli xarici siyasət yeritməyə nail oldu. 1993- ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizdə hansı şəraitdə hakimiyyətə gəlməsini nəzərə alsaq, Azərbaycanın çağdaş dünyada qazandığı yer mövqenin hansı çətinliklər hesabına başa gəlməsi bir daha aydın olur. Azərbaycan xalqı öz taleyinin qaranlıq bir dalana dirənməsini görərək nicat yolunun axtarışında tarixi seçim aparmaqla üz-üzə dayanmışdı. Həmin çətin anda xalqın öz seçimini düzgün edə bilməsi, böyük fəlakətlərin axarında qüdrətli bir dövlət qurmaq üçün ona növbəti tarixi şans vermişdir, desək, səhv etmərik. Bu isə yalnız idarəçilik təcrübəsi, siyasi iradə vətənpərvərlik ruhuna malik olan siyasi xadimin rəhbərliyi ilə mümkün ola bilərdi. Odur ki, ilk növbədə Azərbaycan cəmiyyətinin dövlətə inamı bərpa olunmalı, bununla da dağılmadan, parçalanmadan mərkəzdənqaçma stereotiplərindən xilas edilmə həyata keçirilməli idi. Çünki təcrübə göstərir ki, belə siyasi şəraitdə baş qaldırmış anarxiya dövlətçiliyi dağıtmağa qadir olan ən təhlükəli amildir. Bu zaman Azərbaycanda düzgün həlledici addımların atılması gərgin siyasi vəziyyəti sabitlik, rifah quruculuqla əvəz etməli idi. Super dövlətlərin geosiyasi mübarizə poliqonuna çevrilən bir ölkədə buna nail olmaq olduqca çətin idi hər şeydən əvvəl qətiyyət siyasi iradə tələb edirdi. Ancaq ulu öndər Heydər Əliyev ölkəni bu problemlərdən çox qısa zaman kəsiyində xilas edə bildi. O zaman Cənubi Qafqaz bölgəsində qarşıdurma meyillərini stimullaşdıran Azərbaycanda hakimiyyət uğrunda gedən mübarizələrə himayədarlıq edən xarici qüvvələr arxayın idilər ki, Azərbaycan hələ uzun illər onların cızdıqları ssenarilərin siyasi faciələrini yaşamaqda davam edəcək. O dövr Azərbaycanda qısa bir vaxtda sabitliyin yaradılacağına inanmaq çox çətin idi. Təcrübəli dövlət xadimi qısa zaman kəsiyində sübut etdi ki, vətəndaş müharibələri, hakimiyyət uğrunda silahlı mübarizələr cəmiyyətdə həm demokratik dəyərlərin təşəkkül tapmasını əngəlləyir. Ulu öndər Heydər Əliyev əsaslı siyasi xətti bir neçə mərhələdə, həm ardıcıl olaraq aparmışdır. Ən əvvəl müdrik siyasi xadimə görə, demokratiya üçün vacib olan şərtlər