Mustafa Kamal Atatürkün məzarını ziyarət
Gündəm

Mustafa Kamal Atatürkün məzarını ziyarət

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbiri ziyarət edib, xatirəsini ehtiramla anıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova məzarın önünə əklil qoyub.

Sonra Milli Məclisin sədri xatirə kitabına ürək sözlərini yazıb.