Müdafiə Nazirliyinin rəhbər heyəti inşası davam etdirilən Zəfər parkında olub
Gündəm

Müdafiə Nazirliyinin rəhbər heyəti inşası davam etdirilən Zəfər parkında olub

Sentyabrın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Bu barədə "Respublika"ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirliyin rəhbərliyi və bir qrup şəxsi heyəti parkın girişindəki xatirə daşının üzərinə gül dəstələri qoyublar.