Avqustun 20-si saat 00:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Şişqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
"Respublika" xəbər verir ki bu barədə Müdafiə Nazirliyi bildirilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.