Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar prezident seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması məsələsi müzakirəyə çıxarılıb.
"Respublika" "secki-2024.az" saytına istinadla xəbər verir ki, məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib. Rövzət Qasımov deyib ki, 1 000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə seçki məntəqəsi açıldıqdan sonra səsvermə prosesini istənilən şəxs izləyə biləcək.
O xatırladıb ki, MSK veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısını dərc edilməsi barədə qərar verib. Həmin seçki məntəqələrinin siyahısı MSK-nın saytında yerləşdiriləcək.