MÜASİR VƏ QÜDRƏTLİ AZƏRBAYCAN HEYDƏR ƏLİYEV AMALLARININ TƏNTƏNƏSİDİR
Siyasət

MÜASİR VƏ QÜDRƏTLİ AZƏRBAYCAN HEYDƏR ƏLİYEV AMALLARININ TƏNTƏNƏSİDİR

"Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

zərbaycan tarixinin bütöv bir mərhələsi XX əsrin bənzərsiz dövlət xadimi, dünyaşöhrətli siyasətçi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin adı müasir müstəqil Azərbaycanın simvoluna, milli mənafelərə söykənən örnək əməlləri hünər rəmzinə çevrilmiş, həyat fəaliyyəti doğma xalqa torpağa hədsiz məhəbbət sədaqət meyarı olmuşdur.

Dahi rəhbərin "Azərbaycan dünyaya Günəş kimi doğacaq!" müdrik kəlamının özünün nüvəsində məhz 100 il bundan əvvəl Xaliqin Azərbaycan xalqına bəxş etdiyi Heydər Əliyev dühasının, xarizmatik şəxsiyyət sadə bir insan timsalında əvəzsiz nemətinin, nicat qurtuluş hikmətinin dayandığı illər ötdükcə daha aydın vüqarlı görünür.

Bir əsrə bərabər ibrətamiz lider ömrünü dərindən incələdikcə Azərbaycanda cərəyan etmiş ictimai-siyasi proseslərə yenidən nəzər salınması, onların nəticələrinin dövlətçilik azərbaycançılıq məfkurəsi üçün tarixi əhəmiyyəti rolunun gələcək nəsil tərəfindən öyrənilməsinin vacibliyi daha da artır. Azərbaycan naminə müstəsna xidmətləri ilə əbədilik qazanan Heydər Əliyevin mənalı həyat yolu, çoxşaxəli irsi tükənməz örnək məktəbidir. Ötən onilliklərə nəzər salarkən Azərbaycanın ulu öndərin fəhmi, əyilməz qətiyyəti, polad iradəsi zəngin dövlətçilik təcrübəsi sayəsində qazandığı mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, dövlət müstəqilliyi məhz onun sayəsində əbədi dönməz xarakter almışdır.

Siyasi-hərbi, sosial-iqtisadi nailiyyətləri ilə bu gün dünyanın diqqət mərkəzində olan müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində yaddaşında əbədi yer tutur. Onunla bir dövrdə yaşadığım şəxsən görüşdüyüm, etimadını qazanaraq məsul vəzifələrə irəli çəkildiyim, müdrik rəhbərliyi ilə çalışdığım üçün hədsiz qürur hissi keçirir, ruhu qarşısında dərin ehtiramla baş əyirəm!

Uzun illər imperiya idarəçiliyinin siyasi ideoloji təzyiqinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı dilini dinini qorumuş, milli mədəniyyətini inkişaf etdirmiş müttəfiq respublika olaraq dövlətçiliyini saxlamışdır. Ulu öndərin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Azərbaycan böyük quruculuq yaradıcılıq mərhələsinə, həyatın bütün sahələrində sürətli inkişaf tərəqqi yoluna qədəm qoymuşdur. İlk olaraq milli kadr korpusunun yaradılması mühüm vəzifələrə yerləşdirilməsi, dövlət idarəçiliyi təsisatlarının möhkəmləndirilməsi, elm, təhsil, sənaye, səhiyyə, mədəniyyət digər sahələrin inkişafı ilə əlaqədar həyati vacib qərarlar verilmiş əməli tədbirlər görülmüşdür. Minlərlə azərbaycanlı gənc keçmiş Sovet İttifaqının aparıcı dövlət idarəetmə məktəblərinə, elm təhsil ocaqlarına göndərilmiş qabaqcıl sənaye istehsalı sahələri ilə bağlı ixtisaslara yiyələnmişdir. Bu dövrdə milli gəlir, sənaye kənd təsərrüfatında ümumi məhsulun həcmi dəfələrlə artmış, iqtisadiyyatın inkişaf etdirilməsinə əvvəlki onilliklərdə olduğundan daha çox əsaslı vəsait qoyulmuş, yüzlərlə iri zavod fabrik tikilib işə salınmışdır.

Qeyd olunan misilsiz işlər Azərbaycanın müstəqilliyinin bərpası, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısının alınmasında mühüm rol oynamış müdafiə sənayesinin təməlinin qoyulması inkişaf etdirilməsini əhatə etmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında sadalamaqla bitməyən misilsiz xidmətlərini diqqətə çatdıranda ilk olaraq 1969-1982-ci illərə, dahi rəhbərin keçmiş sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir.

1969-cu ildə Heydər Əliyev Azərbaycanın rəhbəri seçildikdən sonra respublika iqtisadiyyatının digər sahələri ilə yanaşı, hərbi təhsil müdafiə sənayesi sahəsində böyük işlər görülmüş, bütün maneələrə baxmayaraq, bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əsasını təşkil edən ölkənin