Müasir Azərbaycan dövlətinin memarı
Siyasət

Müasir Azərbaycan dövlətinin memarı

2023- il Azərbaycan dövlətinin memarı qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir. Böyük iftixar hissi ilə demək olar ki, o, Azərbaycanın dahi övladı olmaqla bərabər, dünyaşöhrətli ictimai-siyasi xadimdir. Onun Azərbaycana rəhbər təyin edildiyi 1969-cu il 14 iyul tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş inkişaf yolunun başlanğıcı kimi düşmüşdür.

1991-ci il 30 avqustda "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə"nin 1991-ci il 18 oktyabrda "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycanın 1920-ci il 28 apreldə məhv edilmiş dövlət müstəqilliyi bərpa olundu.

Dövlət müstəqilliyinin əldə edilməsi möhkəmləndirilməsi barədə ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdir: "Müstəqilliyi elan etmək, onun qorunması möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu hələ azdır. Gərək hər bir insan, xüsusən gənc nəsil müstəqilliyin qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun".

Xalqın təkidi ilə Naxçıvandan Bakıya gələn ulu öndər Heydər Əliyev 1993- il 15 iyunda Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu tarixdən Azərbaycan Respublikasının inkişafında yeni dövr - dövlət müstəqilliyimizin dönməzliyinin təmin edilməsi dövrü başlandı. 1993- il 3 oktyabrda keçirilən prezident seçkilərində Azərbaycan xalqı Heydər Əliyevi tam dəstəklədi ulu öndər ölkə prezidenti seçildi. Yeri gəlmişkən 1998-ci il 11 oktyabrda alternativ əsasla keçirilən prezident seçkisində ulu öndər qalib gələrək yenidən beş il müddətinə ölkə başçısı seçildi. O, "ömrümün qalan hissəsini xalqıma həsr edirəm" deyərək həyatının sonunadək bu amalla yaşadı.

Ulu öndər Heydər Əliyevin ölkəmizin minilliklər boyu davam edən dövlətçilik tarixində rəhbərlik etdiyi 35 illik zaman kəsiyinin mahiyyətində xalqımızın intizarda olduğu arzular, niyyətlər məramlar gerçəkliyə çevrildi. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi, daimi dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişinə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi millət kimi mövcudluğuna qədər inkişafı kimi misilsiz tarixi prosesi əhatə edir. Ulu öndər bütün bu uğurlara məhz xalqın böyük mənəvi dəstəyi, etimadı inamına söykənərək nail oldu.

Ulu öndər Heydər Əliyevin dərin zəkası sayəsində 1993- ilin iyunundan başlayaraq ölkədə aparılan ardıcıl siyasət silahlı qüvvələrinin yenidən qurulması ilə bağlı mühüm tədbirlər həyata keçirildi, ölkə iqtisadiyyatının dirçəldilməsinə başlandı. Eyni zamanda cəbhədə atəşkəs təmin olundu. Bununla da ölkədə nizami ordunun yaradılması ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün imkan əldə edildi. Dövlət idarəçiliyinin bütün sahələrinin dünya standartlarına uyğunlaşdırılması, insan hüquq azadlıqlarının qorunması ilə bağlı davamlı demokratik islahatların həyata keçirilməsinə başlandı.

"Dövlət - dövlətçiliyi qorumalıdır" ideyasını dönə-dönə vurğulayan Heydər Əliyev çox qəti prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq dövlət mənafeyi kimi amilləri ön plana çəkdi. O, ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994- il 4 avqustda imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" xüsusi Fərmanla qanunçuluğun hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Milli dövlətçiliyin inkişafında korrupsiyanın zərərləri nəzərə alınaraq bu Fərmana əsasən həmin sosial bəla ilə qəti mübarizəyə başlanıldı.

Azərbaycan Respublikasının dövlət müstəqilliyini təmin etmək, onun dönməzliyini möhkəmləndirmək üçün hər şeydən əvvəl ölkənin Əsas Qanununu - Konstitusiyasını qəbul etmək lazım idi. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyası dövlət müstəqilliyimizin məqsəd