Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) müşahidə missiyası fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək.
Bu barədə "Respublika"-ya Moldova MSK-dan məlumat verilib.
Bildirilib ki, 3 nəfərdən ibarət olacaq nümayəndə heyətinə Moldova MSK-nın sədri Anjelika Karaman rəhbərlik edəcək. Nümayəndə heyətinə, həmçinin Mərkəzi Seçki Komissiyasının üzvləri Sergiu Lazar və Natalia Arvat daxildir.
Moldova MSK-nın müşahidə missiyası səsvermədən sonra seçkinin nəticələrinə dair hesabat yayacaq.