Modern sənaye, güclü iqtisadiyyat
Siyasət

Modern sənaye, güclü iqtisadiyyat

Dövrün tələblərinə uyğun istehsal müəssisələrinin yaradılması ölkəmizin ixrac potensialını artırır

İqtisadi inkişafda sənaye həlledici rola malikdir. Bu, həyata keçirilən iqtisadi siyasətdə daim xüsusi diqqət yetirilən məqamlardandır. Ölkəmizdə sənayeləşmə qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycanda qabaqcıl texnologiyaların innovativ üsulların tətbiqi ilə sənayenin digər iqtisadi sahələrlə harmonik inkişafı yönündə sistemli məqsədyönlü tədbirlər həyata keçirilir.

Belə ki, son illərdə yeni dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini daha da sürətləndirib. Azərbaycanda qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin yaradılması, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Bütün bunlar isə sənayenin mütərəqqi metodlar müasir texnologiyaların tətbiqi ilə inkişaf etdirilməsi sayəsində reallaşır. Ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir Pirallahı sənaye parkları, Sumqayıt Texnologiya Parkı, Yüksək Texnologiyalar Parkı Mingəçevir Yüksək Texnologiyalar Parkı, Neftçala, Masallı sənaye məhəllələri fəaliyyət göstərir.

Prezident İlham Əliyev 2021-ci ildə Sumqayıta səfəri zamanı televiziyaya müsahibəsində vurğulayıb ki, yerli istehsal canlanır, yeni yeri yaradılır iqtisadiyyatımızın şaxələndirilməsi təmin edilir. Yeni "sulfat turşusu istehsalı" zavodunun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq. Müəssisənin məhsullarının Gürcüstan Rusiyaya ixrac edilməsi planlaşdırılır. Sumqayıtda şüşə tara məhsullarının vərəqə şüşənin istehsalı qeyri-neft sektorunun bu məhsullara tələbatını təmin edəcək, məhsulların ixrac potensialı da artacaq. Yeni müəssisələrin yaradılmasının həm ölkə, həm Sumqayıt şəhərinin inkişafı üçün çox böyük əhəmiyyəti var. Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəri müasir sənaye mərkəzidir. Son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Müasir texnologiyaların qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Azərbaycanın sənaye iqtisadi inkişafla bağlı planları genişdir.

Ölkə başçısının postmüharibə dövrü üçün müəyyən etdiyi yeni hədəfləri xüsusi qeyd etmək lazımdır. İşğaldan azad olunmuş torpaqların bərpası dövlət siyasətində xüsusi yer tutur. O torpaqların böyük potensialı var. Bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları mövcuddur. Azad olunmuş bölgələr gələcək inkişafımızın aparıcı qüvvəsinə çevriləcək. Azərbaycanın inkişafı üçün yeni dövr başlayıb. Dövlət başçısının təşəbbüsü dəstəyi ilə həyata vəsiqə alan aqroparklar ölkəmizdə fəaliyyət göstərən kiçik orta sahibkarların dəstəklənməsinə, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına xidmət edir. 30 ilə yaxın dövr ərzində işğal altında qalan ərazilərin azad edilməsi Azərbaycana iqtisadi imkanlarını daha da genişləndirməyə əlverişli şərait yaradıb. İşğaldan azad edilən ərazilərin sənaye potensialı kifayət qədər yüksəkdir. Artıq bu ərazilərdə yaradılan "Ağdam", "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarına böyük maraq var. Qeyd edək ki, Ağdamda yaradılan sənaye parkı Azərbaycan ərazisində beşinci, "Araz Vadisi İqtisadi Zonası" sənaye parkı isə altıncıdır. Bu belə deməyə əsas verir ki, azad edilən ərazilərin sənaye imkanları yaxın zamanlarda ölkə iqtisadiyyatına əlavə dəyər qatacaq.