Modern, peşəkar və yenilməz
Siyasət

Modern, peşəkar və yenilməz

Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Məlum olduğu kimi, milli silahlı qüvvələrin formalaşması prosesi ötən əsrin əvvəllərindən, 1918-ci ildən başlayıb. Öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin il iyunun 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi Əlahiddə Azərbaycan Korpusu adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu.

Ölkədə peşəkar ordu quruculuğunun əsası isə 1993- ilin sonlarında qoyuldu. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu. Ümummilli Liderimizin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində tədbirlər görülməsi  müsbət nəticəsini verdi. 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Rəşadətli Ordumuz Ermənistanın 30 ilik işğalına son qoydu düşməni diz çökdürdü.

"Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək biz indi bunu əyani şəkildə görürük". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib. Müharibədən zəfərlə çıxan Azərbaycanda ordu quruculuğunun Türkiyə modelinə keçidi xüsusilə diqqətlə izlənilir. Ali Baş Komandanın tapşırıqlarından biri yeni Komando xüsusi təyinatlı qüvvələrin yaradılması idi. Bu tapşırıq da uğurla icra olunur. Azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrin əməliyyat döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə əməliyyat (komando) hərbi hissələri yaradılıb. Komandoların Türkiyədə müvafiq hazırlıq kurslarını keçməsi təmin edilib. Bu proses hazırda da davam etdirilir. Vətən müharibəsində əldə edilən təcrübələrin təhlili əsasında Türkiyə Silahlı Qüvvələrinin modeli nəzərə alınaraq yeni döyüş təlimatları hazırlanır.

Azərbaycan Ordusunun güclənməsi, beynəlxalq səviyyədə yenilənməsi, həmçinin döyüş hazırlığının artırılması  vacib məsələdir. Komando qüvvələrinin yaradılması ordumuzun hərbi potensialının təkmilləşdirmə elementlərindən yalnız biridir. Bu briqadalara yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş Vətən uğrunda özlərini fəda etməyə hazır olan hərbçilər cəlb edilirlər. Əlbəttə ki, bu da ordumuzun gücünə güc qatıb. İyunun 23- Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Ali Baş Komandana komando bölmələrinin silahlanmasında olan kiçik iriçaplı silahlar, zirehli, avtomobil xüsusi texnika, o cümlədən artilleriya, kəşfiyyat, mühəndis, rabitə digər döyüş vasitələri, eləcə zərbə dronları müxtəlif təyinatlı pilotsuz uçuş aparatları nümayiş etdirilib. Dövlət başçısı dağçılıq qülləsi kəşfiyyat cığırında komandoların nümunəvi məşqlərini izləyərkən deyib: "Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılıb. Müharibə dövründə Müdafiə Nazirliyinin xüsusi təyinatlıları xüsusi qəhrəmanlıq peşəkarlıq göstərmişlər".

Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycanın əsgər, gizir zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. İstənilən iqlim şəraitində irimiqyaslı taktiki təlimlərdə şəxsi heyət öz peşəkarlığını