Çarəsiz, ümidini itirmiş bir xalqı yenidən dirçəltmək heç də asan məsələ deyil. Həmin insanların gözlərində sönən işığı yenidən alovlandırmaq, canlandırmaq, yenə xəyal qura bilmək, azad olmaq arzularını həyata keçirmək əlbəttə ki, çətindir. Hələ bu, ötən əsrin sonlarında demək olar ki, mümkünsüz idi. İllərlə mövcud olan Sovet hakimiyyəti, ermənilərin bitib-tükənmək bilməyən vandalizmi, ölkə daxilində hakimiyyət uğrunda gedən davalar, rüşvətxorluq artıq xalqın son ümidlərini də yandırıb, kül edib uçurmuşdu. Lakin unutmamaq lazımdır ki, həyatda bir qapı bağlananda mütləq digər bir qapı ən xeyirli formada insan üçün açılar. Elə, belə də oldu.
Ulu öndər Heydər Əliyev xalqının dərdinə çarə olmağa gəldi. Onun gəlişindən sonra Azərbaycan canlandı. Ulu öndər sözün əsl mənasında xalqın qəhrəmanı idi. Hakimiyyətə gələn kimi rüşvətxor məmurları, Sovet dövründən qalma ideologiyaları, geridə qalmış düşüncə və anlayışları dəyişdi. Azərbaycan onun gəlişi ilə sürətlə ayağa qalxdı və inkişaf, dirçəlmə prosesi başladı. Bu da ulu öndərin uzaqgörən siyasətinin nəticəsi idi. Xalqının daima yanında olan Heydər Əliyev onların problemlərinə qayğı ilə yanaşır, qısa zamanda həll etmək üçün bütün lazımi tədbirləri görürdü. Onun prezidentliyi dövründə Azərbaycanda çox şey dəyişdi. Artıq söz, ifadə azadlığı bərqərar oldu, yeni-yeni təhsil ocaqları tikildi, bununla yanaşı, region ölkələrinin bir çoxu ilə tarixi əhəmiyyət kəsb edən müqavilələr bağlandı, səhiyyənin, idmanın inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın maddi-mənəvi dəyərlərinin yenidən dirçəldilməsi, onların qorunub saxlanılması, dünya xalqlarının mədəniyyətlərinə inteqrasiyası istiqamətində böyük işlər həyata keçirildi.
Ulu öndərin vəfatından sonra davamçıları onun ideyalarını davam etdirdilər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu istiqamətdə fəaliyyətinə davam edir. O, 2004-cü il 10 may tarixində ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun rəsmi olaraq açıldığını elan edib. Fondun əsas məqsədi ulu öndər Heydər Əliyevin dəyərli irsini öyrənmək və təbliğ etməkdir. Onun fəaliyyət sahələri arasında mədəniyyət, təhsil, sosial, idman və turizm də yer alır. Bu günə qədər Heydər Əliyev Fondu Azərbaycanda və dünyada bir çox layihələr həyata keçirib. Fondun dəstəyilə milli mədəniyyətimiz beynəlxalq arenada təmsil olunur. Heydər Əliyev ideyalarının davam etdirilməsində böyük rol oynayan Fondun rəhbəri kimi Mehriban xanım Əliyevanın gördüyü işlər əvəzolunmazdır.
Əlbəttə, Heydər Əliyev Fondu Azərbaycanın milli mədəniyyətini və tarixini dünya ictimaiyyətinə təqdim edən mühüm bir qurumdur. Fondun fəaliyyəti təkcə ölkə daxilində deyil, həmçinin beynəlxalq səviyyədə də özünü aydın göstərir. Mehriban xanım bu çərçivədə təşkil olunan tədbirlərdə iştirak edir, mədəni mübadilə proqramları təşkil edir və xaricdəki təhsil alan tələbələrə təqaüd imkanları yaradır. Fondun məqsədi çox sadə və anlaşılandır: bütün dünyada sülh, sabitlik və əməkdaşlıq naminə çalışmaq.
Əlbəttə, əvəzsiz işlər görən bu Fondun loqosu Heydər Əliyev inisiallarının "H. Ə" əmələ gətirdiyi səkkizguşəli ulduzdan ibarətdir. Səkkizguşəli ulduz Azərbaycan xalqının Heydər Əliyevin ideyaları ətrafında birləşdiyini göstərir.
Loqoda olan iki rəng isə xüsusi məna daşıyır. Göy rəng səmanı, demokratiyanı, düzlüyü, təmizliyi, dincliyi, etibarlılığı, əminliyi və milliliyi göstərir. Qızılı rəng isə günəş, sülh, inkişaf və işıqlı gələcək simvoludur. Şübhəsiz ki, hər iki rəng Heydər Əliyevin istək və arzularını, ideyalarını əks etdirir.
Heydər Əliyev Fondu ümummilli liderin ideyalarının və irsinin qorunub saxlanmasında və əbədiləşdirilməsində mühüm rol oynayır. Şübhəsiz ki, Fondun fəaliyyəti ölkənin sosial, mədəni və iqtisadi inkişafına töhfə verir, Azərbaycanın beynəlxalq aləmdə daha güclü təmsil olunmasına