Aprelin 7-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. Milli Məclisin sədri gündəliyə 20 məsələnin daxil edildiyini bildirib. Qeyd edilib ki, gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı barədədir.
Bu barədə verilən məlumata görə, Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunub, saxta və uydurma ittihamlar üzərində qurulan bir bəyanat qəbul edilib.
S.Qafarova İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa və ikitərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırıb.
Müzakirələrin sonunda deputat Kamran Bayramov İran parlamentinin İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən bəyanatı ilə bağlı bəyanatın mətnini diqqətə çatdırıb.
Sənəd səsə qoyularaq qəbul edilib.
Sonra gündəlikdəki qanun layihələrini müzakirəyə çıxaran parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, növbəti dörd məsələ ikinci oxunuşda olan qanun layihələridir. Bildirilib ki, gündəliyin ikinci məsələsi "Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə ikinci oxunuşda olan qanun layihəsidir.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Sahibə Qafarova deyib ki, gündəliyin növbəti iki məsələsi parlamentə Prezidentin bir məktubu ilə daxil olub və mahiyyətcə də bir-biri ilə bağlıdır. Bunlar ikinci oxunuşda olan "Prokurorluq haqqında" Qanunda dəyişiklik edilməsi barədə və "Dövlət qulluğu haqqında" və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələridir.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin sədri gündəliyin beşinci məsələsi olan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) müzakirəyə çıxarıb.
Milli Məclisin sədri bildirib ki, gündəliyin qalan 15 məsələsi birinci oxunuşda olan qanun layihələridir. Növbəti dörd məsələ Prezidentin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə də bir-birinə yaxındır.
Qeyd olunub ki, 9-cu məsələ ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Rəşad İsmayılov və Hüquq şöbəsinin müdiri Natiq Mehdiyev iclasda iştirak edirlər.
Bildirilib ki, 6-cı və 7-ci məsələyə Regional məsələlər komitəsində baxılıb.
8-ci məsələ olan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
Doqquzuncu məsələ olan "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verib.
Vurğulanıb ki, 10-cu, 11-ci və 12-ci məsələlərə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb.
Gündəliyin 13-cü, 14-cü və 15-ci məsələləri - birinci oxunuşda olan "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı suları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib.
Sonra bu altı qanun layihəsi də ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Gündəliyin 16-cı məsələsi olan Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda<