Milli Məclisdə Qərbi azərbaycanlıların deportasiyası ilə bağlı sərgi nümayiş olunur
Gündəm

Milli Məclisdə Qərbi azərbaycanlıların deportasiyası ilə bağlı sərgi nümayiş olunur

Dekabrın 26-da Milli Məclisin foyesində “Qayıtmaq haqqımızdır. Azərbaycanlıların deportasiyası foto və sənədlərin dili ilə” mövzusunda sərgi təşkil olunub.

"Respublika" xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova, parlament sədrinin birinci müavini Əli Hüseynli, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli və deputatlar sərgiyə baxıblar.

Sərgidə Qərbi azərbaycanlıların tarixin müxtəlif dönəmlərində mərhələlərlə aparılan deportasiya prosesini özündə əks etdirən 30-dan çox foto və sənədlər nümayiş etdirilir.

Qeyd edək ki, Qərbi Azərbaycan indiki Ermənistanın ərazisində tarixən azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkan olub. Qərbi azərbaycanlılar dəfələrlə öz doğma yurdlarından sürgün edilib, amansızlıqla qətlə yetiriliblər. XVIII əsrdən başlanan deportasiya üç (I-1905–1920, II-1948–1953, III- 1988–1992) mərhələni əhatə edib.