1993-cü ilin 15 iyunu müasir tariximizə Azərbaycanın işıqlı gələcəyinin təməlinin qoyulduğu gün kimi daxil olub
Azərbaycan xalqı tarix boyu çox dahilər yetişdirib. Tarixdə hər birinin öz yeri olan dahi şəxsiyyətlərimizin misilsiz xidmətləri fəxr və qürur istinadgahımızdır. Onların xidmətləri tarixə yazılıb və həmişə, hər yerdə yüksək qiymətləndirilir. Lakin milli dühalarımızın heç biri ümummilli lider səviyyəsinə çata bilməmişdir. Bu ucalıq yalnız Heydər Əliyevə məxsusdur. XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin canlı mənzərəsidir.
Heydər Əliyev elə şəxsiyyətlərdəndir ki, keçdiyi həyat yoluna nəzər yetirdikdə xalqımızın dünəni, bu günü, sabahı aydın görünür. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. Heydər Əliyev sovet rejiminin ideoloji məsələlərə xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın milli maraqları üçün mümkün olan bütün işləri gördü. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Qısa zaman kəsiyində Azərbaycan İttifaq tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Ulu öndərin rəhbərliyi ilə XX əsrin 70-ci illərindən elə bir tarixi bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycanın qurulması, dövlətimizin tamamilə yeni tarixinin əsası qoyulması labüd idi. Həqiqətən də sovet dönəmində xalqımızın dahi oğlunun Azərbaycan üçün gördüyü bütün işlər böyük gələcəyə hesablanmışdı və bu potensial müstəqillik illərində ölkəmizin başlıca dayaqlarını təşkil etdi.
Sovet illərində olduğu kimi, müstəqillik dövründə də Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişini Azərbaycanda intibahın başlanğıcı kimi səciyyələndirmək olar. Təsadüfi deyil ki, 1993-cü ildə Azərbaycan dağılmaq, parçalanmaq təhlükəsi qarşısında qalanda, qardaş qanı axıdılanda xalq öz böyük oğluna üz tutdu. Hakimiyyətdə olduqları qısa müddət ərzində nəinki heç bir problemi həll etməyən, üstəlik, əziyyətini xalqımızın uzun müddət çəkəcəyi ağır fəsadlar törədən AXC-Müsavat liderləri 1993-cü ilin yayında tamamilə nüfuzdan düşmüş və xalqın böyük əksəriyyəti onlardan üz döndərmişdi.
Yaranmış vəziyyətdən çıxış yolu arayan xalq nicatını yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü. Çünki ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyası, siyasi çəkişmələri, Gəncədə başlanmış qardaş qırğınını, hərbi xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız o böyük insan aradan qaldıra bilərdi. Heydər Əliyevin özü bu barədə deyirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".
Heydər Əliyevə ünvanlanan müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu, həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi. Ölkəni ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə bütün Azərbaycan xalqı qəlbən inanırdı. Heydər Əliyev də çox gözəl bilirdi ki, belə bir vəziyyətdə məsuliyyəti boynuna götürməsə, onsuz da kövrək olan müstəqillik əldən veriləcək, dövlətçilik məhv olacaq.
Beləliklə, 1993-cü il iyunun 9-da Heydər