Havayın Maui adasında meşə yanğınları nəticəsində həyatını itirənlərin sayı 110 nəfərə çatıb.
"Respublika" xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilib ki, səlahiyyətlilər xəbərdarlıq edirlər ki, ölənlərin sayı iki dəfə çox ola bilər.
Qeyd edək ki, Ağ Evin verdiyi məlumata görə, ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı avqustun 21-də Mauiyə gedəcəklər. Onlar orada fövqəladə hallar xidmətləri əməkdaşları, zərərçəkənlər, həmçinin federal xidmətlərin nümayəndələri, əyalət və yerli hakimiyyət rəsmiləri ilə görüşəcəklər.
Nəzrin ELDARQIZI,
"Respublika".