LİTVA
Digər xəbərlər

LİTVA

Baltik dənizinin sahilində yerləşən Litva öz heyrətamiz mənzərələri, qədim memarlıq abidələri və kəhrəbası ilə  tanınır. Şərqi Avropanın şimal-qərb hissəsində yerləşən Litvanın paytaxtı Vilnüs şəhəridir. Paytaxtın adı Vilnya (Litva dilində dalğalanma) çayından götürülüb. Şimaldan Latviya, cənub-şərqdən Belarus, cənub-qərbdən Rusiya, cənubdan isə Polşa ilə həmsərhəddir.

Litvanın keçmiş paytaxtı Kaunas da ölkənin ikinci böyük şəhəridir. Bu şəhərdə universitetlər çox olduğundan Kaunası gənclər paytaxtı da adlandırırlar. Ölkə 10 qraflığa bölünür, hər birinin bir neçə özünüidarə ərazisi var. Litvada rəsmi dil  Litva dili olsa da, ölkənin bir çox sakini rus polyak dillərində danışır. Qədim tarixi olan Litva dili mədəniyyətin mühüm tərkib hissəsi hesab edilir. Son illərdə ingilis dilindən beynəlxalq ünsiyyət vasitəsi kimi geniş istifadə olunan ölkədə ruslar, polyaklar, ukraynalılar belaruslar yaşayır.

Litvanın ən yüksək nöqtəsi Cuozapin təpəsi dəniz səviyyəsindən 292 metr yüksəklikdədir. Çoxsaylı göllərlə əhatə olunmuş ölkənin ərazisinin üçdəbir hissəsini qarışıq meşələr təşkil edir. Litvanın iqlimi Baltik dənizi Atlantik okeanından gələn rütubətli hava kütlələrinin təsiri altında formalaşır. Mülayim havanın hökm sürdüyü Litvada yayda orta temperatur +17 ilə +23 dərəcə arasında dəyişir. Litvada qış fəsli rütubətli olur, termometr nadir hallarda -5-10 dərəcədən aşağı düşür, baxmayaraq ki, ölkənin mərkəzi hissəsində bəzən 20 dərəcə şaxtalar olur. Burada, həmçinin ilin istənilən vaxtında uzun sürən duman olur, çiskin yağışlar yağır.

Litvada kəhrəba ticarəti geniş yayılıb. Burada hətta kəhrəbaların sərgiləndiyi muzey fəaliyyət göstərir. Yerli sakinlərə görə, şəhərdə kəhrəbanın çox olmasının mifoloji səbəbi var. Əfsanəyə görə, Baltik dənizinin dibində kəhrəbadan sarayı olan bir ilahə yaşayıb. İlahə tanrıların qəzəbinə tuş gəldiyindən onun sarayını darmadağın ediblər. Bu gün litvalılar tapılan kəhrəbaları həmin sarayın qalıqları hesab edirlər.

Litvalılar qənaətcillik rasionallıqları ilə xarakterizə olunurlar. Onlar mübahisə etməyi fikirlərini sübuta yetirməyi çox sevirlərSon dərəcə dəqiq olan litvalılar hər zaman qanuna tabe olduqları üçün bu ölkədə ciddi qadağalar problem yaratmır. Litvalıların başqa bir diqqətəlayiq xüsusiyyətləri vətənpərvərlikdir, onlar  ölkəyə gələn insanlara sevə-sevə dil öyrətməyi özlərinə borc bilirlər. Başqalarının onlar haqqında düşündüyünə çox əhəmiyyət verir buna görə həmişə özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırlar.

Ölkə festivallar, bayramlar əyləncə tədbirləri ilə məşhurdur. Vilnüsdə hər beş ildən bir keçirilən Milli Mahnı Festivalı böyük maraq kəsb edir. Mahnı hər bir litvalının həyatının ayrılmaz hissəsidir bu səbəbdən qədim zamanlarda Litva "mahnılar ölkəsi" adlanırdı. Xor ifaçılığı müxtəlif folklor ansamblları burada çox populyardır. Vilnüsdə mayın son həftəsində hər il folklor festivalı keçirilir. Şəhər sakinləri köhnə adət-ənənələrin bu gün yaşadığını göstərməyə çalışırlar. Litvalılar inanılmaz dərəcədə nəzakətli mədənidirlər. Yüksək tolerantlıq nümayiş etdirir, həmsöhbətlərini sonadək dinləyir  onlardan da eyni münasibət gözləyirlər. Litvalılar çox sakitdirlər, öz ölkələrinin unikal təbiətinin qorunub saxlanmasına böyük hörmətlə yanaşırlar. Digər milli xüsusiyyət qarşılıqlı yardımdır, litvalılar həmişə bir-birinin köməyinə gəlirlər.

Çox zərif unikal mətbəx mədəniyyətinə sahib olan litvalılar əsrlər boyu dünyaca məşhur müxtəlif reseptləri bu günə kimi gətirib çıxarıblar.

Azərbaycan beynəlxalq nüfuzunun yüksəldilməsi yönündə ayrı-ayrı ölkələrlə  dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atmaqdadır. Bu ölkələrdən biri Litvadır. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizdə konsulluğu fəaliyyət göstərən Litva ilə münasibətlərimiz bu gün yüksək səviyyədə davam etməkdədir. 1991-ci ilin 20 dekabrında Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Litva ilə diplomatik münasibətlərimiz 1995-ci il noyabrın 27- qurulub.

Siyasi, iqtisadi, mədəni, eləcə humanitar əlaqələri