Lerikdə meşə ərazisində baş verən yanğın lokallaşdırılıb
Gündəm

Lerikdə meşə ərazisində baş verən yanğın lokallaşdırılıb

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Lerik rayonunun dağlıq-meşəlik ərazisində baş verən yanğın genişlənməsinə imkan verilmədən söndürülüb. 

“Respublika” xəbər verir ki, bu barədə Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında qeyd edib. 

“İlkin məlumata əsasən, yanğın təxminən 1.5 hektar sahədə baş verib. Relyefin mürəkkəbliyinə baxmayaraq, həyata keçirilən operativ tədbirlər sayəsində dağlıq-meşəlik ərazi yanğından mühafizə olunub. Kiçik ocaqlar qalıb, onların da söndürülməsi istiqamətində işlər davam etdirilir. Əsas təhlükə aradan qaldırılıb” , deyə komissiya sədri bildirib. 

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazidə baş verən yanğın ocaqlarını və ərazini nəzarətdə saxlayır.