Azərbaycanın ən gözəl guşələrindən olan Laçın rayonunun işğaldan azad olunmasından artıq 3 il ötür. 1992-ci il may ayının 18-də Laçının Ermənistan tərəfindən işğalından sonra bir-birinin ardınca digər rayonlarımız da erməni işğalına məruz qaldı. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Laçından olan qəhrəman oğullarımız ərazi bütövlüyümüz uğrunda mübarizə aparıblar. Müharibədə Laçın rayonundan olan 5 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 44 günlük Vətən müharibəsində Laçın erməni işğalından azad olundu. Azərbaycan bunu həm hərbi, həm də siyasi yolla həyata keçirdi. Belə ki, Laçının cənub hissəsi hərbi yolla alındı. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən isə 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu bir güllə atılmadan Azərbaycana geri qaytarıldı. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Bu Ali Baş Komandan İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın böyük tarixi Zəfəri idi.
Bu il martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən demişdir: "Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Vaxtilə "Qarabağ Ermənistandır" deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir".
Erməni işğalı nəticəsində Laçın rayonunun yüzlərlə mədəni-məişət obyekti, onlarla qəsəbə, kənd və tarixi abidələri dağıdılaraq talan edilib. Prezident İlham Əliyev Məsim Məmmədovu qəbul edərkən qeyd etmişdir ki, artıq iki ildən çoxdur ki, Laçın rayonunun bərpası ilə bağlı işlər aparılır, Laçın Beynəlxalq Hava Limanı inşa edilir və 2025-ci ilin əvvəllərində istismara veriləcək. Qarabağın hava qapısı Füzuli aeroportundan sonra Laçında aeroportun tikilməsi, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verərək turizm potensialının artırılmasına da geniş imkanlar açacaq. Hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan yenidənqurma işlərinin miqyasını göstərir. Laçın hava limanının hərbi əhəmiyyəti də olduqca vacibdir. Bu hava limanı Laçın şəhərinə 30, Kəlbəcər şəhərinə 60, Şuşaya isə 70 kilometr məsafədə yerləşir.
Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Rayonda məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması istiqamətində mühüm işlər görülür. Belə ki, burada idman-sağlamlıq kompleksləri, uşaq bağçaları və digər bu kimi inzibati binaların tikintisi sürətlə davam edir.
Birinci Qarabağ müharibəsi zamanı Laçın uğrunda gedən döyüşlərdə Azərbaycan ordusu ümumilikdə 31 nəfər itki verdi, 43 nəfər isə yaralandı. Bu, demək olar ki, rayonun döyüşmədən təslim edilməsi demək idi. Ermənistan ordusu isə 25 itki vermişdi. Buna əsas səbəb AXC ilə Ayaz Mütəllibov arasındakı hakimiyyət davası idi. Ayaz Mütəllibov hakimiyyətə gələrsə Şuşanı yenidən Azərbaycana qaytaracağına söz vermişdi. Hollandiyalı jurnalist Tomas de Vaal da Laçının işğal edilməsində əsas səbəbkar kimi AXC-ni görürdü: "