Son iki ildə Azərbaycan və Ermənistan arasında müxtəlif formatlarda danışıqlar baş tutub. Lakin qarşı tərəf daim vəziyyəti çətinləşdirir, təxribatlar törədir. Bunun nəticəsidir ki, sülh danışıqlarında fasilələr yaranır. Rəsmi Bakının mövqeyi bəlli və dəyişməzdir. Bizim niyyətimiz sadəcə insanların sülh və əmin-amanlıq şəraitində yaşamasıdır. Azərbaycan hər iki dövlətin, həmçinin regionun rifahını düşünür. Lakin Hayastan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan boyun qaçırır. Paşinyan hakimiyyəti sülhə doğru addım atmayana qədər, təəssüf ki, bölgədə gərginlik davam edəcək.
Ermənistan mütləq şəkildə vandalizm aktlarına son verməli və sülh danışıqlarına doğru müsbət addım atmalıdır. Əks təqdirdə bunun sonu heç də yaxşı olmayacaq. Çünki istər hərbi, istərsə də siyasi cəhətdən ölkəmiz Hayastandan qat-qat güclü və irəlidədir. Buna görə də Paşinyan hakimiyyəti daha çox insanı gözüyaşlı qoymaqdan əl çəkməli və lazımi addımları atmalıdır. Lakin israrla sülhdən boyun qaçırarsa, əlbəttə ki, Azərbaycan da artıq xoşniyyətini bir kənara qoyacaq. Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirib: "Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər".
İstər işğal zamanı, istərsə də postmüharibə dövründə Azərbaycan xeyli inkişaf edib və güclənib. Lakin Ermənistan 44 günlük müharibədə və ondan sonrakı 2 ildə daha da zəifləyərək gücdən düşüb.
Hazırda nə siyasi, nə də hərbi cəhətdən ölkəmizlə mübarizə aparmaq üçün gücləri yoxdur. Lakin hiyləgər dövlət bunu bildiyi üçün gizlin yollara əl ataraq təxribatlara davam edir. Bu il ötən müddət ərzində ondan çox hərbi qulluqçumuz Ermənistan tərəfindən törədilən terror aktları nəticəsində yaralanıb və ya həyata gözlərini əbədi yumub. Ölkəmizin ermənilərə qarşı nümayiş etdirdiyi tolerantlığa baxmayaraq, onlar hələ də bundan sui-istifadə edir və öz çirkin əməllərindən dönmürlər. Prezidentimizin də vurğuladığı kimi, əgər İrəvan sülh istəmirsə, bunun əksinə növbəti terror aktlarına hazırlaşırsa, bu zaman 2 il əvvəlki qüdrətli Azərbaycan ordusu ilə bir daha qarşılaşacaq.
Bu günə qədər Brüsseldə çoxsaylı görüşlər keçirilib. Hazırda iki tərəfin də ortaq məxrəcə gəlməsi üçün yeni yol xəritələri hazırlanır. Bu baxımdan, ötən günlərdə baş tutan 4 günlük Vaşinqton görüşü xüsusi əhəmiyyət kəsb edir. ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə iki ölkənin XİN başçıları ilə görüş keçirilib. Ceyhun Bayramov və Ararat Mirzoyan, həmçinin onlara müşayiət edən nümayəndə heyətinin üzvləri aparılan danışıqlar əsasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə ediblər. Bununla yanaşı, bəzi mövzularda hər iki tərəfin də fərqli mövqelərdə qaldıqları bildirilib. Görüş tam olaraq gözlənilən nəticəni verməsə də, bundan əvvəlkilərə nisbətən məhsuldar olub. Azərbaycan tərəfinin prinsipial mövqeyinin dəyişməz olması və ABŞ tərəfindən də bunun dəstəklənməsi Hayastanda əsl xaos yaradıb. Yayılan xəbərlərdə bildirilir ki, Qarabağ məsələsi Azərbaycanın daxili işi kimi qiymətləndirilib, orada yaşayan ermənilər isə etnik-milli azlıq kimi tanıdılıblar. Həmçinin sərhəddəki nəzarət-buraxılış məntəqəsinin Azərbaycanın suveren hüququ olması da Ermənistan tərəfinə çatdırılıb.
Digər önəmli və xüsusi əhəmiyyət kəsb edən görüş isə mayın 14-də baş tutan Brüssel görüşüdür. Sayca 5-ci olan