Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin dəyişdirilməsi, 1905-1918-ci illərdə azərbaycanlı əhalisini qorxutmaq və qovmaq məqsədi, kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Məlum olduğu kimi, erməni şovinistləri zaman-zaman havadarlarının köməyi ilə Qərbi azərbaycanlılara qarşı deportasiya və soyqırımı həyata keçirmişlər.
Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlamışdır. Burada erməni dövləti yaratmaq niyyəti güdən Rusiya erməniləri başlıca olaraq Azərbaycan, İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərinə köçürmüşdür. Bu proses 1441-ci ildə erməni katolikosluğunun Kilikiyadan Azərbaycanın Qaraqoyunlu dövlətinin ərazisinə - Üçkilsəyə köçürülməsindən sonra başlamışdı. Qriqoryan kilsəsi müxtəlif vaxtlarda Azərbaycan türklərinə məxsus torpaqları ələ keçirmiş və zaman-zaman ermənilər burada yerləşdirilmişdir.
XVIII əsrin sonlarında İrəvan xanlığı ərazisində yaşayan ermənilərin sayca az olduğunu ört-basdır etmək üçün Rusiyaya göndərilən məktublarda onların sayını süni şəkildə artırdılar. İrəvan bölgəsində ermənilərin azlıq təşkil etməsi Rusiya imperiyasının İran və Osmanlı sərhədlərində xristian dövləti yaratmaq siyasətinə mane olurdu. Elə bu səbəbdən də Azərbaycanın Arazdan şimaldakı torpaqlarını işğal edən Rusiya imperiyası erməniləri kütləvi şəkildə Rusiya tabeliyində olan torpaqlar adı altında Azərbaycanın keçmiş İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərində və Qərbi azərbaycanlılara məxsus olan digər torpaqlarda yerləşdirdi. Rusiya imperiyasının həyata keçirdiyi bu cinayət Azərbaycanın qədim tarixi torpaqlarında gələcəkdə ermənilərə dövlət yaradılması məqsədi daşıyırdı.
1895-ci ilin iyununda Nyu-Yorkda "böyük Ermənistan" yaratmaq məqsədi güdən "Erməni vətənpərvərlər ittifaqı" təşkilatı meydana gəldi. Yaradılan bu təşkilatların məqsədləri Türkiyənin müəyyən əyalətləri, Qafqazdan Göyçə, Zəngəzur, Qarabağ və digər əraziləri qoparmaq hesabına "böyük Ermənistan" dövləti qurmaq idi.
1905-1907-ci illərdə erməni vandalları Qərbi Azərbaycanda dinc əhaliyə qarşı analoqu olmayan vəhşiliklər törətdilər. Terror, şantaj, separatçılıq yolunu seçmiş haylar və onların faşist ideyalı "Daşnaksütyun" partiyası Qərbi Azərbaycan torpaqlarında qırğınlar törədir, öz mənfur məqsədlərinə nail olurdular.
Ermənilər Birinci Dünya müharibəsi dövründə daha da fəallaşdılar. "Daşnaksütyun" partiyası tərəfindən hələ 1912-ci ildə yaradılmış "Erməni milli bürosu" ermənilərin Rusiya tərəfindən müharibədə aktiv iştirak etməsi üçün geniş kampaniyaya başladı. "Milli büro"nun tərkibinə Tiflis erməni burjuaziyasının rəhbəri yepiskop Mesrop, daşnak partiyasının fəal üzvü A.Xatnsov, 1918-1920-ci illər daşnak hökumətinin başçısı Zavriyev, Samson Arutyunov, Dro və avantürist Andranik daxil idi. Qeyd etmək lazımdır ki, ermənilər 1918-1920-ci illərdə İrəvanda, Zəngəzurda, Amasiyada, Göyçə mahalında, Vedidə, Zəngibasarda, Loru-Pəmbək mahalında, Dərələyəzdə və Qərbi Azərbaycanın ayrı-ayrı ərazilərində soydaşlarımıza qarşı qırğınlar törətmiş, günahsız insanlar amansızlıqla qətlə yetirilmiş, kəndlər dağıdılmışdı. İnsanlar zülmdən qurtarmaq üçün Türkiyəyə, İrana, Gürcüstana və digər ərazilərə baş götürüb getmişdilər.
1929-cu ildə Nüvədi və daha 11 kənd zorla Ermənistana verildi. 1948-1953-cü illərdə Qərbi Azərbaycandakı soydaşlarımız böyük çətinliklə üzləşdi. Hələ 1943-cü ildə üç dövlətin - SSRİ, ABŞ və İngiltərənin Tehran konfransında sovet-İran münasibətləri müzakirə edilərkən erməni diasporu fürsətdən istifadə edərək SSRİ xarici işlər naziri V.Molotova müraciətində xahiş etmişdir ki, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə icazə versinlər. V.Molotov elə oradaca İ.Stalinlə danışdıqdan sonra onların köçürülməsinə razılıq vermişdir. Q.Harutyunov bu fürsətdən istifadə edərək xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi ilə əlaqədar azərbaycanlıların Ermənistandan zorla çıxarılması bar