Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün artıq Rusiyadadır.
"Respublika" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Mən təsdiq edirəm. Bu, həqiqətən də belədir”, - o qeyd edib.
Tərəflərin qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Rusiyaya silah tədarükü məsələsini müzakirə edəcəkləri gözlənilir.
Qeyd edək ki, bu, 4 ildən sonra Kim Çen Inın ilk xarici səfəridir.