Aİ QADIN HÜQUQLARININ POZULMASINA GÖRƏ SANKSİYALAR SİYAHISINI RAZILAŞDIRIB
Avropa İttifaqı (Aİ) ilk dəfə olaraq cinsi zorakılıq və qadın hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyalar paketini razılaşdırıb. “Report”un verdiyi xəbərə görə, bu barədə İspaniyanın “EFE” agentliyi məlumat yayıb.
Bildirilir ki, sözügedən qərar Beynəlxalq Qadınlar Günü ərəfəsində Niderlandın xarici işlər naziri Vopke Hukstranın təşəbbüsü ilə qəbul edilib.
Nazir qeyd edib ki, Ukrayna və Cənubi Sudan kimi ölkələrdəki münaqişələrdə, xüsusilə qadınlara və qızlara qarşı cinsi zorakılıq müntəzəm olaraq baş verir.
“İran, Myanma, Suriya və ya Əfqanıstanda etiraz aksiyaları, həbslər zamanı qadınların hüquqları ciddi şəkildə pozulur”, - deyə Vopke Hukstra əlavə edib.
ABŞ KANADA İLƏ SƏRHƏDDƏ MİQRANTLAR SƏBƏBİNDƏN MÜHAFİZƏNİ GÜCLƏNDİRİB
ABŞ hakimiyyəti xüsusən Meksikadan gələrək ABŞ-a keçməyə çalışan qanunsuz miqrantların sayının artması fonunda Kanada ilə sərhəddə sərhəd xidməti əməkdaşlarının sayını artırıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə “NBC” telekanalı ABŞ Gömrük və Sərhəd Xidmətinin nümayəndəsinə istinadən xəbər verib.
Telekanalın açıqlamasına görə, əsasən meksikalılardan ibarət olan miqrantlar təyyarə ilə Kanadaya uçur, daha sonra oradan qanunsuz yolla sərhədi keçərək ABŞ-a daxil olmağa çalışırlar.
“ABŞ-ın Suonton bölgəsində qanunsuz miqrasiyaya görə saxlanılma halları vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyini göstərir”, - ABŞ Gömrük və Sərhəd Xidmətinin nümayəndəsi telekanala bildirib.
Məlumata əsasən, Suonton bölgəsinə ABŞ-ın Vermont, Nyu-Hempşir və Nyu-York ştatlarının bir hissəsi daxildir. Bu bölgədə 2022-ci ilin oktyabrından 2023-cü ilin yanvar ayına qədər saxlanılan qanunsuz miqrantların sayı öncəki ilin analoji dövrü ilə müqayisədə 846 faiz artıb.
BMT UKRAYNADA HƏLAK OLAN DİNC SAKİNLƏRİN SAYINI AÇIQLAYIB
Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan indiyədək 8173 mülki şəxs həlak olub. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı açıqlayıb.
Məlumata əsasən, 8000-dən çox ölümlə yanaşı, BMT Rusiyanın hücumu nəticəsində 13620 nəfərin də yaralandığını qeydə alıb.
Bununla yanaşı, ötən ay 589 zərərçəkmiş təsdiqlənib - 138 dinc sakin həlak olub, 451 nəfər yaralanıb. Bunun səbəbi əksər hallarda geniş ərazini məhvetmə xüsusiyyətli silahların və partlayıcı predmetlərin istifadəsidir.
Eyni zamanda, Ali Komissarlıq vurğulayıb ki, gərgin döyüşlərin davam etdiyi bəzi yerlərdən məlumat axını ləngidiyindən müharibə nəticəsində ölənlərin real sayı xeyli çoxdur.
Verilən xəbərə əsasən, bir çox məlumatlar hələ də təsdiqini tapmayıb. Bu, xüsusən Mariupol, Lisiçansk, Popasna və Severodonetskə aiddir.
İKİ TERROR TƏŞKİLATI ARASINDA QANLI MÜHARİBƏ
“Boko Haram” və “ISWAP” terror təşkilatları arasında Nigeriyanın şimal-şərqində baş verən qarşıdurmalarda çoxlu sayda terrorçu ölüb. “Teleqraf.com”un verdiyi xəbərə görə, ölkənin kəşfiyyat xidmətinin rəsmi nümayəndəsi Zaqazola Makama qarşıdurmanın Qudumbali-Kukava vilayətində baş verdiyini açıqlayıb.
Eyni zamanda, rəsmi nümayəndə qarşıdurmalarda aralarında uşaq və qadınların da olduğu 200 terrorçunun öldürüldüyünü, çoxlu sayda terrorçunun isə yaralandığını bildirib.
Qeyd edilir ki, “Boko Haram”ın qurucusu Məhəmməd Yusifin oğlu Əbu Musab əl-Bərnavi atasının 2009-cu ildə ölümündən sonra terror təşkilatına rəhbərlik edir.
2016-cı ildə “Boko Haram”da başlayan liderlik davası Bərnavi və Əbu Bəkr Şekau arasında fikir ayrılığına səbəb olub. Şekau “Boko Haram”a rəhbərlik edərkən, Bərnavi “ISWAP”ı quraraq fəaliyyətini davam etdirir.
Qeyd edək ki, ölkədə 2000-ci illərin əvvəllərindən “Boko <