"Şərəfli ölümün biri də odur ki, öz torpaqlarımızda yaşayaq, qocalaq, orada da ölək".
AZƏRTAC xəbər verir ki, bu sözləri Laçın şəhər sakini, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı Babək Aslanov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı videoçarxda söyləyib.
"Neçə illərdir ki, həsrətində olduğumuz doğma yurdumuzda əbədi olaraq yaşamaq bizim borcumuzdur", - deyən müharibə iştirakçısı vahid komandanlıq altında, ordumuzun gücü, qüdrəti sayəsində, şəhidlərimizin qanı bahasına torpaqlarımızı işğaldan azad etməyin qismət olduğunu bildirib. Ərazilərimizin işğaldan azad edilməsi yolunda şəhid olmağı şərəfli ölüm adlandıran Babək Aslanov tezliklə doğma yurduna qayıtmağa hazırlaşır. Keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını ifadə edib, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.
AZƏRTAC