28 avqust

Azərbaycanda olan hadisələr

1919 – Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qanun qəbul edib.


Dünyada olan hadisələr

475 – Roma generalı Flavius ​​Orestes, Qərbi Roma İmperatorluğunun paytaxtı Ravennada hakimiyyəti ələ keçirib və imperator Julius Nepotusu qaçmağa məcbur edib.

1189 – Üçüncü Səlib (Xaç) yürüşü: Səlibçilər Qi de Lusinyanın rəhbərliyi altında indiki İsrailin qərbində yerləşən Əkka (Akra) şəhərinin mühasirəsinə başlayıb.

1499 – Mustafa Paşanın komandanlığı altında olan Osmanlı Donanması Peloponnesdə qalan son Venesiya qalası Lepantonu fəth edib.

1521 – Belqrad Osmanlı ordusu tərəfindən fəth olunub.

1565 – Şimali Amerikada Avropalıların ilk daimi məskunlaşma yerin San-Aqostinin (Floridanın) əsası qoyulub.

1739 – İndiki Ukrayna ərazisində Stavuchany döyüşündə Rus ordusuOsmanlı ordusunu məğlub edib.

1789 – Uilyam Qerşel Saturnun peyki Enseladı kəşf edib.

1842 – İngilis gəmisi “Waterloo” qəzaya uğrayıb, 189 nəfəri həlak olub.

1845 – Əfsanəvi “Scientific American” jurnalının ilk sayı nəşr olunub.

1851 – Sankt-Peterburq və Moskva arasında dəmir yolu nəqliyyatı açılıb.

1833 – Britaniya Parlamenti Britaniya İmperiyasının əksər ərazilərində köləliyi ləğv edən qanun qəbul edib.

1898 – Kaleb Bradham istehsal etdiyi qazlı içkinin adını "Pepsi-Cola" olaraq dəyişib.

1907 – Vaşinqtonun Seattle şəhərində James E.Casey tərəfindən UPS şirkəti qurulub.

1910 – Monteneqro, monarx I Nikolayın başçılıq etdiyi müstəqil bir krallığa çevrilərək Türkiyədən tam müstəqilliyini elan edib.

1916 – Alman İmperiyası Rumıniya Krallığına müharibə elan edib.

1916 – İtaliya Krallığı Almaniya İmperiyasına müharibə elan edib.

1920 – Ümumrusiya statistik siyahıyaalınması aparılıb.

1924 – Gürcüstanda SSRİ-yə qarşı üsyan başlayıb.

1933 – İngilis polisi ilk dəfə bir cinayətkarı tutmaq üçün radiodan istifadə edib. BBC qətldə şübhəli bilinən şəxsin əlamətlərini bildirən xəbəriyayıb.

1934 – Üsküdar-Kadıköy tramvay xəttinin ilk sınağı keçirilib.

1937 – Kiitiro Toyoda tərəfindən “Toyota” avtomobil şirkəti qurulub.

1938 – İngiltərənin Nottinqem şəhərində dünyanın ən güclü şahmatçılarının, o cümlədən dörd dünya çempionunun iştirak etdiyi böyük şahmat turniri başa çatıb: E.Lasker, H.R.Kapablanka, A.Alexin, M.Elve. Turnirdəki qələbəni Kapablanka ilə birlikdə gənc sovet şahmatçısı Mixail Botvinnik paylaşıb.

1941– SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı qəbul edilib. Fərmanda ölkə ərazisindəki almanlarının Sibir və Qazaxıstandakı xüsusi məskunlaşma yerlərinə və konslagerlərə deportasiyasının başlanğıcını qeyd edilib.

1946 – ABŞ Monqolustan və Albaniyanın BMT-yə üzvlüyünə veto qoyub.

1964 – Ankarada 20 min gənc ABŞ səfirliyinə yürüş edib, Yunan səfirliyi daş-qalaq edilib.

1966 – Argentinada nümayiş etmək hüququ ləğv edilib.

1974 –Türkiyədə Keban Barajı və Su Elektrik Stansiyasında elektrik istehsalına başlanılıb.

1976 – Massaçusetsdə ilk dəfə süni gen sintez edilib.

1988 –Almaniyadakı Ramştayn hərbi bazasında keçirilən hava şousu zamanı 3 italyan təyyarəsini toqquşub və təyyarələrdən biri izləyicilərin üstünə düşüb:75 nəfər ölüb, 346 nəfər yaralanıb.

1990 – İraq Küveyti ilhaq edib.

1991 – SSRİ Nazirlər Kabineti buraxılıb.

1991 – Ukrayna SSRİ-nin tərkibindən çıxdığını elan edib.

1993 – Xoroqda (Tacikistan)82 nəfərin ölümü ilə nəticələnənYak-40 qəzası baş verib.

1994 – Rusiyada 290 illik istifadədən sonra qəpiklər dövriyyədən çıxarılıb.

1995 – Markale qətliamı. Sarayevodakı Markale bazarına Serb Respublikası Ordusu tərəfindən atılan bombanın partlaması nəticəsində 37 nəfər ölüb, 90 nəfər yaralanıb.

1996 – Şahzadə Çarlz və Şahzadə Diana boşanıblar. Bundan 1 il sonra isə (31 avqust 1997) Şahzadə Diana avtomobil qəzasında həlak olub.

2007 – Türkiyə Respublikasının 11-ci prezidenti Abdulla Gül vəzifəsinin icrasına başlayıb.

2014 – Türkiyə Respublikasının 12-ciPrezidenti Rəcəb Tayyib Ərdoğan vəzifəsininicrasına başlayıb və Əhməd Davudoğlu Türkiyənin baş naziri olub.


Bayramlar və xüsusi günlər

  • Moldovanın Müstəqillik Günü.

Doğumlar

1025 – Go-Reizei, Yaponiyanın 70-ci imperatoru (ö.1068).

1582 – Taichang, Çinin Ming sülaləsinin 14-cü İmperatoru (ö. 1620).

1749 – Yohan Volfqanq Höte, alman alimi, yazıçı, mütəfəkkir, dövlət xadimi(ö. 1832).

1756 – Jan Snyadetski, Polşalı astronom, riyaziyyatçı, filosof(ö. 1830).

1801 – Antuan Agustin Kurno, fransız riyaziyyatçı, iqtisadçı və filosof, riyaziyyat məktəbinin sələfi(ö. 1877).

1802 – Karl Zimrok, Alman romantik şairi və ədəbiyyat tarixçisi(ö. 1876).

1863 – Andre Blondel, fransız fiziki, osiloqrafın ixtiraçısı(ö. 1938).

1867 – Umberto Cordano, italyan bəstəkarı, verizmin nümayəndəsi(ö. 1948).

1871 – Tunalı Hilmi bəy, türk siyasətçi və türkçülük hərəkatının aparıcı simalarından biri (ö. 1928).

1874 – Boris Keller, rus və sovet bioloqu, geobotanik, torpaqşünas, ekoloq, SSRİ Elmlər Akademiyasının akademiki(ö. 1945).

1916 – Yevsey Moisenko, sovet rəssamı, qrafik rəssamı, müəllim(ö. 1988).

1919 – Qodfri Haunsfild, ingilis fiziki, Fiziologiya və Tibb üzrə Nobel Mükafatı laureatı (1979)(ö. 2004).

1932 – Yakir Aharonov, Kvant fizikası üzrə ixtisaslaşmış israilli fizik.

1935 – Əlibala Hacızadə, tanınmış Azərbaycan yazıçısı, roman ustası (ö. 2009).

1989 – Sesar Aspilikueta Tanko, ispan futbolçu, “Çelsi” komandasının müdafiəçisi və kapitanı və İspaniya millisinin oyunçusu.