İsmayıllı rayonunda “KOB Dostu” (Kiçik və Orta Biznes) fəaliyyətə başlayıb.
Mövcud pandemiya qaydalarına uyğun olaraq sahibkarların, yerli icra hakimiyyətinin və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə KOB-un Uşaq Yaradıcılıq və İnkişaf Mərkəzində tədbiri keçirilib.
Keçirilmiş tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov çıxış edərək qonaqları salamlayıb, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Kiçik və Orta Biznesin İsmayıllıda inkişaf etidirilməsi üçün çoxlu imkanlarının olduğunu, “KOB Dostu”nun fəaliyyətinin rayonda kiçik və orta sahibkarlığın inkişafında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni biznes sahələrinin yaranmasında əhəmiyyətli olacağını qeyd edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verib. Sahibkarlara yerində dəstəyin təmin olunması üçün ölkənin digər şəhər və rayonlarında da KOB dostlarının fəaliyyətinin nəzərdə tutulduğunu vurğulayan Orxan Məmmədov sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edib. Qeyd edək ki, İsmayıllı rayonu üzrə “KOB Dostu” ofisi Heydər Əliyev parkında yerləşən Uşaq Yaradıcılıq və İnkişaf Mərkəzində fəaliyyət göstərəcək.
Kəndlərdə 15 qonaq evi
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sifarişi və Dövlət Məşğulluq Agentliyinin dəstəyi əsasında “Odlar Yurdu” Gənclər İctimai Birliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ərsəyə gəlib.
Mövcud pandemiya qaydalarına uyğun keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, eləcə də bir sıra dövlət qurumlarının və müxtəlif QHT-lərin nümayəndələri iştirak edib. Onlar İsmayıllı rayonuna məxsus ənənəvi fəaliyyət sahələrinə dair stendlərlə tanış olublar.
Tədbirdə çıxış edən rayonun rəhbəri ilk olaraq qonaqları salamlayıb, tədbirin İsmayıllıda təşkil olunmasına görə KOB rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, İsmayıllı çox gözəl təbiəti, bərəkətli torpaqları, mehriban insanları ilə seçilir. Turizm potensialına görə regionlar arasında qabaqcıl olan İsmayıllıda çox gözəl iş yaratmaq imkanları var. Bu imkanlardan istifadə edərək burada turizmi və sanatoriyaları inkişaf etdirmək olar.
Çıxışçılar bildiriblər ki, yerli və xarici turistlərə qonaqlama xidməti göstərəcək kənd qonaq evləri İsmayıllı rayonunun Buynuz, Xanagah, Topçu, Təzəkənd, Sumağalı kəndlərində və Lahıc qəsəbəsində yerləşir. KOBİA-nın dəstəyi ilə kənd qonaq evləri əsaslı şəkildə təmir edilib və onların sahiblərinin turizm və xidmət sahələrində bilik və bacarıqlara yiyələnməsi üçün silsilə təlimlər təşkil olunub. Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində qonaq evləri müvafiq avadanlıqlarla (divan və kreslo, stol və stul, yataq dəstləri, qarderob, soyuducu, kondisioner, televizor, mikrodalğalı soba, tozsoran, mətbəx ləvazimatları və s.) təmin olunub.
Xatırladaq ki, layihənin icrasına 2020-ci ilin sentyabr ayından başlanılıb. İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti - kənd qonaq evi istifadəyə verilib. Tədbir iştirakçıları kənd qonaq evləri ilə tanış olub, onlara layihə çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat verilib.
Hacıhətəmli kənd sakinləri ilə görüş
Kənd sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin başçısı