İqtisadi inkişaf modelinin banisi
Siyasət

İqtisadi inkişaf modelinin banisi

Tarixi təcrübə təsdiqləyir ki, hər bir müstəqil dövlətin yaranması mürəkkəb ziddiyyətli ictimai-siyasi proseslərdən keçir bu proseslərin mərkəzində lider şəxsiyyət amili dayanır. Xalqımızın tarixinə belə bir xoşbəxtlik 1969-cu ildə yazıldı. Həmin il iyulun 14- ulu öndər Heydər Əliyev respublikamıza rəhbər seçildi. Bununla da Azərbaycan tarixində yeni bir inkişaf dövrünün təməli qoyuldu bütün sahələr üzrə məqsədyönlü dirçəliş konsepsiyası həyata keçirilməyə başlanıldı.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi sayəsində təkamülə əsaslanan yeni inkişaf konsepsiyasına uyğun olaraq respublikamızın bütün sahələr üzrə tərəqqisi üçün elmi prinsiplər əsasında mühüm strategiya hazırlandı uğurla həyata keçirilməsinin təməli qoyuldu. Bununla da bir sıra əsas göstəricilər üzrə o vaxt geridə qalan Azərbaycan qısa müddətdə iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyaraq keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrilmiş, milli gəlir səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilmişdir. Xüsusilə vurğulamaq istərdik ki, həmin illərdə respublikamızda inşa olunan fəaliyyət göstərən iri müəssisələr bugünün özündə milli iqtisadiyyatımızın güclü sənaye kompleksinin formalaşmasına geniş zəmin yaradır.

Respublikamıza rəhbərlik etdiyi ilk gündən ulu öndər insan kapitalının inkişafına xüsusi qayğı diqqətlə yanaşaraq gənclərin vətənpərvər olması savadlı mütəxəssis kimi formalaşması üçün ittifaqın qabaqcıl ali məktəblərində təhsil almasına böyük önəm verilirdi. Ümummilli liderin bu gələcəyə hesablanmış siyasətindən faydalanan gənclərdən biri mən oldum. Orta məktəbi bitirdikdən sonra Moskva İnşaat Mühəndisləri İnstitutuna daxil oldum 1977-ci ildə bu ali məktəbi fərqlənmə diplomu ilə bitirdim.

Həmin dövrün statistik göstəriciləri təsdiqləyir ki, Heydər Əliyev dühasının böyüklüyü, qətiyyətli rəhbərliyi, tələbkarlığı vətənpərvərliyi sayəsində Azərbaycan sürətlə inkişaf edərək özünü iqtisadi cəhətdən təmin edən qabaqcıl respublikaya çevrilmişdi. 1969-1982-ci illərdə xalq təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqlamış, istehsal edilən milli gəlir 2,6, sənaye məhsulunun həcmi 2,7, kənd təsərrüfatı məhsulları 2,3 dəfə artmışdı. Respublikamızda bütün keçmiş tarixi boyu yaradılmış potensialla müqayisə edilə biləcək güclü sənaye potensialı formalaşmışdı.

Bakı mayesiz transformatorlar zavodu ulu öndərin yüksək qayğısı diqqəti sayəsində böyük bir inkişaf dövrünə qədəm qoymuşdu. Heydər Əliyev respublikamıza birinci rəhbərliyi dövründə - 1982-ci ildə kollektivin fəaliyyəti qarşılaşdığı problemlərlə yerində tanış olmaq üçün zavoda gəlmişdi. O vaxt SSRİ- ittifaq əhəmiyyəti kəsb edən zavodun qazandığı bütün uğurlar haqlı olaraq ulu öndərin adı ilə bağlı olmuşdu.

Respublikamızda neft sahəsi ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına hər zaman xüsusi diqqət yetirmiş bu vacib məsələni daim diqqət mərkəzində saxlamışdır. Məhz bu səbəbdən SSRİ rəhbərliyində işlədiyi illərdə respublika iqtisadiyyatının dinamik inkişafı ilə daim maraqlanmış təməlini qoyduğu iqtisadi siyasətin həyata keçirilməsinin vəziyyəti ilə ciddi maraqlanmış 1986- ildə növbəti dəfə Bakı mayesiz transformatorlar zavodunda olmuşdur.

Ulu öndər Heydər Əliyev dərin iqtisadi biliyi, yüksək təcrübəsi qətiyyətli rəhbərliyi sayəsində Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri praktiki əsasda göstərmişdir. İqtisadi sahədə həyata keçirilən islahatlar ümumi daxili məhsul istehsalını artırmaqla qeyri-neft sektorunun sürətli inkişafını təmin etmişdi.

Azərbaycan müstəqilliyini 1991-ci il oktyabrın 18- bərpa etdikdən sonra ilkin dövrdə respublikada yaranmış xaos nəticəsində iqtisadiyyat tənəzzülə uğrayırdı. Belə bir ağır təhlükəli dövrdə xalqımız müstəqilliyini qorumaq ölkəmizi inkişaf etdirmək üçün yekdil səslə Heydər Əliyevin hakimiyyətə qayıdışını təkidlə xahiş etdi. Beləliklə ulu öndərin hakimiyyətə qayıdışı nəticəsində respublikamız parçalanaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən birdəfəlik xilas oldu. Azərbaycana xalqımıza Qurtuluş gününü bəxş edən ulu öndər daxili siyasi sabitliyi bərpa etməklə iqtisadiyyatın inkişafı üçün müdrikcəsinə müəyyənləşdirdiyi yeni strategiyanın davam etdirilməsinin təməlini qoydu. Bununla da respublikamızda